Azərbaycanın siyasi sistemində vətəndaş cəmiyyətlərinin yeri möhkəmlənib

Azərbaycan dövləti vətəndaş cəmiyyətlərinin formalaşması və inkişafına xüsusi diqqət ayırır. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 iyul 2007-ci il tarixli  Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi ilə ölkəmizdə QHT sektorunun yeni inkişaf mərhələsinin əsasını qoymuşdur.

Azərbaycan dövləti vətəndaş cəmiyyətlərinin formalaşması və inkişafına xüsusi diqqət ayırır. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 iyul 2007-ci il tarixli  Sərəncamı ilə "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi ilə ölkəmizdə QHT sektorunun yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Belə ki, ölkə başçısının qəbul etdiyi bu mühüm və tarixi qərarlardan sonra QHT-lərin ictimai əhəmiyyətli təşəbbüslərini dəstəkləmək üçün davamlı olaraq dövlət büdcəsindən maliyyə vəsaiti ayrıldı. Bununla QHT-hökumət münasibətləri yeni müstəviyə qədəm qoymuş oldu və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi üçün ictimai sektorun bütün potensialının səfərbər olunması baxımından yeni imkanlar yarandı. Bütün bu müddəalara, xüsusilə Konsepsiyada və Şuranın əsasnaməsində təsbit edilmiş dövlət dəstəyinin əsas prinsip və formalarına uyğun olaraq qeyri-hökumət təşkilatlarının ən müxtəlif təşəbbüsləri dəstəklənməkdədir. Vətəndaş cəmiyyətləri ilə bağlı olaraq həyata keçirilən siyasətin davamı kimi Azərbaycan Respublikası prezidentinin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılmışdır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası cəmiyyətdə yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsini reallaşdırır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması, dövlət büdcəsindən ayrılan vəsait hesabına Şuranın qeyri-hökumət təşkilatlarının (QHT) layihələrini maliyyələşdirməsi, QHT-lərə müxtəlif istiqamətlər üzrə davamlı dəstəyin verilməsi bu siyasətin mühüm təzahürüdür. Eyni zamanda müxtəlif nazirliklər, fondlar vasitəsi ilə də dövlət QHT sektorunun inkişafına dəstəyini göstəməkdədir. Bu diqqət və qayğı sayəsində Azərbaycanda demokratik cəmiyyət quruculuğuna ciddi töhfə verən QHT institutu formalaşıb. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin rəsmisi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev bildirib ki, dövlət QHT-lərin inkişafı üçün hər cür şərait yaradıb.V.Quliyev vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişlənməsində, səmərəliliyin artmasında dövlətin maraqlı olduğunu, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə münbit şərait yaradıldığını qeyd edib. Bildirib ki, son on ildə QHT-dövlət əməkdaşlığı daha yüksək səviyyəyə qalxıb. Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq olunmasının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına mühüm təkan verib. O, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyini rəsmiləşdirən və onların Azərbaycanın siyasi sistemində yerini daha da möhkəmləndirən bu addımı demokratik quruluşların ən mühüm atributlarından olan vətəndaş cəmiyyətinin əsaslarının gücləndirilməsinə təkan verdiyini qeyd edib. Şura sədrinin müavini konsepsiyanın icrası ilə dövlət və vətəndaş cəmiyyəti münasibətlərində yeni mərhələyə start verildiyini vurğulayıb. Bildirib ki, ölkə başçısının bu istiqamətdə düzgün siyasəti Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunu xeyli sürətləndirib, müxtəlif profilli təşkilatların yaranmasına, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsinə  zəmin yaradıb. O, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun bugünkü dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmizin iqtisadi uğurlarını, Azərbaycanın dinamik inkişafını vətəndaş cəmiyyəti olmadan, daxili ictimai-siyasi proseslərdə fəal vətəndaşların iştirakı olmadan təsəvvür etmirik. Cəmiyyət həyatının bütün sahələrində qeyri-hökumət təşkilatlarının mühüm rol oynadığını deyən V.Quliyev  ölkədə həmin qurumların təşəbbüslərini dəstəkləmək üçün maliyyə resurslarının mövcud olduğunu diqqətə çatdırıb. O, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Gənclər və İdman, Mədəniyyət və Turizm, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən hər il yüzlərlə QHT təşəbbüsünün dəstəkləndiyini vurğulayıb: "Dövlət QHT-lərə dəstək verməklə vətəndaş təşəbbüskarlığını daha da artırır. Bu da öz növbəsində imkan verir ki, hər bir ölkə vətəndaşı cəmiyyət həyatının bütün sahələrinə yaxından iştirak etsin, milli maraqların qorunması sahəsində ictimai təsisatların fəaliyyəti təşviq edilsin, onlar sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunsun, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən tədbirlər həyata keçirsinlər". Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinə verdiyi dəstəyin bir model kimi formalaşdığını deyən V.Quliyev, ölkəmizin bu müsbət təcrübəsinin beynəlxalq aləmdə nümunə kimi qəbul edildiyini də diqqətə çatdırıb.

Yeri gəlmişkən qeyd edək ki, ölkədə fəaliyyət göstərən ayr-ayrı vətəndaş cəmiyyətləri, eləcə də  QHT-lərə Dövlət Dəstəyi Şurası dövlət tərəfindən göstərilən diqqət və qayğıya biganə qaımauaraq üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, elm, təhsil, səhiyyə kimi sosial sahələrə yardım istiqamətində müxtəlif layihələr həyata keçirirlər.  QHT-lərə Dövlət Dəstəyi Şurası da ölkədə aparılan siyasətə uyğun olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təbliğ edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq təşkilatlarda və beynəlxalq məhkəmə orqanlarında müdafiə edilməsi, azərbaycançılıq ideyasının təşviq olunması, Azərbaycanın dünya birliyinə inteqrasiya olunması, beynəlxalq təşkilatlarla və xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsi işini həyata keçirir. Bundan başqa, bu təşkilat siyasi-hüquqi və vətəndaş mədəniyyətinin formalaşdırılması, vətəndaşların hüquqi biliklərinin inkişaf etdirilməsi, insan, hüquq və azadlıqlarının təmin edilməsi, söz, fikir və ifadə azadlığının genişlənməsi, regionların sosial-iqtisadi inkişafının təmin edilməsi, təhsil, elm texnika, mədəniyyətin və incəsənətin inkişaf etdirilməsi, ətraf mühitin mühafizəsi, uşaq, qadın və gənclərin sosial, fiziki və mənəvi inkişafı, əhalinin sağlamlığının qorunması və digər dövlət və cəmiyyət üçün əhəmiyyətli problemlərin həllinə yönəlmiş məqsədli proqram, layihə və tədbirlərin dövlət tərəfindən maliyyələşməsini təmin edir.

Hazırda Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları yerli müstəvidən çıxaraq veynəlxalq aləmə inteqrasiya etməkdədir. Artıq bir sıra ixtisaslaşmış QHT-lər dünya miqyasında özlərini təsdiq etməyi bacarıblar. Şura tərəfindən elan edilmiş  2017-cı il maliyyə yardımı müsabiqəsində də beynəlxalq əməkdaşlıq məsələlərinə həsr olunmuş müxtəlif mövzular daxil edilmişdir. Həmin mövzular üzrə ən əhəmiyyətli 10-larla QHT təşəbbüsü dəstəklənmişdir. Ümumiyyətlə Şura hər zaman demək olar ki, elan etdiyi bütün müsabiqələrdə beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi yer ayırır. QHT-lərin Azərbaycanın milli maraqlarının beynəlxalq aləmdə təbliği sahəsində gördüyü işlər haqq səsisimizin dünyaya çatdırılmasında mühüm rol oynayır. Bu isə qətiyyətlə deməyə əminlik yaradır ki, dövlətimizin,  prezident İlham Əliyevin birbaşa diqqəti və qayğısı nəticəsində QHT-lərin bu istiqamətdə olan fəaliyyətində dinamizm daha da artacaq və Azərbaycanın beynəlxalq birliyin subyekti kimi nüfuzu yüksəlməkdə davam edəcək. 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31