DİN: Dövriyyədən 10 kiloqramdan çox narkotik vasitə çıxarılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, əməliyyat nəticəsində qanunsuz dövriyyədən 10 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə çıxarılıb.Belə ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Əhmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, əməliyyat nəticəsində qanunsuz dövriyyədən 10 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə çıxarılıb.Belə ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Əhmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış zamanı 0,110 qram heroin aşkar edilib.Tədbirlərin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib və oradan əlavə olaraq ümumi çəkisi 9 kiloqram 230 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Növbəti uğurlu tədbir Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Daxil olan əməliyyat məlumatı əsasında polis əməkdaşlarının şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin Fərəcovun evinə keçirdikləri baxış zamanı oradan ümumi çəkisi 1 kiloqramdan artıq olan marixuana aşkar edilərək götürülüb.Hər ki fakatla bağlı cinayət işlər başlanılıb, istintaq aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31