MEK – də Markesin yaradıcılığına həsr olunmuş tədbir keçirildi
AMEA Mərkəzi Elmi Kitabxanasının və Kolumbiya Respublikasının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə məşhur kolumbiyalı yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Olaylar bildirir ki, MEK – də baş tutan təqdimatda Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər, dövlət qurumları, özəl sektor və müxtəlif media orqanlarının əməkdaşları, Bakı Dövlət Universitetinin müəlllim və tələbə heyəti iştirak edib.
28 Sentyabr 2017 14:07 SosialAMEA Mərkəzi Elmi Kitabxanasının və Kolumbiya Respublikasının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə məşhur kolumbiyalı yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Olaylar bildirir ki, MEK - də baş tutan təqdimatda Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər, dövlət qurumları, özəl sektor və müxtəlif media orqanlarının əməkdaşları, Bakı Dövlət Universitetinin müəlllim və tələbə heyəti iştirak edib.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Məmməd Əliyev ədəbiyyatın xalqlar arasındakı sevgini, birliyi, doğmalığı, qardaşlığı daha aydın və rahat büruzə verən nəcib bir körpü olduğunu bildirib. Kolumbiyanın Azərbaycandakı səfiri Marta İnes Galindo Pena çıxış edərək konfransın keçirilməsinin önəmindən və ədəbiyyatın bəşəriyyət üçün dəyərindən danışıb. Səfir Azərbaycanda olduğu müddətdə buradakı inkişafdan məmnun olduğunu söyləyib. İki ölkə arasında bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə qurulmasında hər iki tərəfin maraqlı olduğunu, eyni zamanda ədəbi əlaqələrə də xüsusi önəm verildiyini diqqətə çatdırıb.
Daha sonra kolumbiyalı yazıçı, professor Konrado Zuluaqanın "Yüz illik tənhalıq adlı möcüzə" mövzusunda mühazirəsi dinlənilib. O, Markes yaradıcılığının şah əsəri hesab olunan "Yüz ilin tənhalığı" romanının məziyyətlərindən söz açıb.