24 könüllüyə sertifikat verilib
Əmlak Məsələləri Dövlət Komitəsi könüllülük fəaliyyətini bitirənlərə sertifikatlar təqdim edilib. Komitədən “Olaylar”a verilən məlumata görə, 24 nəfərdən ibarət könüllü 2017-ci ilin iyul ayının 22-də qurumun müvafiq qurumlarında fəaliyyətə başlayıb. Həmin ilin sentyabrın 26-da isə fəaliyyəti bitiriblər.
28 Sentyabr 2017 14:16 SosialƏmlak Məsələləri Dövlət Komitəsi könüllülük fəaliyyətini bitirənlərə sertifikatlar təqdim edilib. Komitədən "Olaylar"a verilən məlumata görə, 24 nəfərdən ibarət könüllü 2017-ci ilin iyul ayının 22-də qurumun müvafiq qurumlarında fəaliyyətə başlayıb. Həmin ilin sentyabrın 26-da isə fəaliyyəti bitiriblər. Fəaliyyət müddətinin sonunda könüllülərin nəzəri biliklərini və biliklərini tətbiq etmək bacarıqlarını qiymətləndirmək məqsədi ilə test imtahanları keçirilib. Topladıqları ballara uyğun olaraq isə onlara müvafiq sertifikatlar verilib.Həmçinin, fəaliyyətləri müddətində öhdəliklərini layiqincə yerinə yetirən və intizamlı könüllülərin bir qismi Komitənin tabeliyinə daxil olan qurumlarda müvafiq vəzifələrə təyin edilib.