40 ailəyə mənzillərin açarı və çıxarış verilib

Prezident İlham Əliyevın təşəbbüsü ilə Bakı şəhərində XIX əsrin sonları, XX əsrin əvvəllərində inşa edilmiş, uzun illərdir ki, istismar müddəti keçmiş və bu səbəbdən yararsız hala düşmüş mənzil fondunun sökülərək, yerində yeni evlərin tikilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlərə start verilmişdir.

Prezident İlham Əliyevın təşəbbüsü ilə Bakı şəhərində XIX əsrin sonları, XX əsrin əvvəllərində inşa edilmiş, uzun illərdir ki, istismar müddəti keçmiş və bu səbəbdən yararsız hala düşmüş mənzil fondunun sökülərək, yerində yeni evlərin tikilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlərə start verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsindən "Olaylar"a verilən məlumtata görə,bu istiqamətdə ilk olaraq pilot layihə Sabunçu rayonunda reallaşıb. Bu pilot layihənin davamı olaraq sentyabrın 28-də Bakıxanov qəsəbəsində dövlət tərəfindən inşa edilən növbəti binanın açılışı olub. Yaşayış binası 10 mərtəbəli, 2 girişli, 122 mənzillidir. Tam təmirli mənzillərin sahələri onların əvvəlki mənzillərinin sahəsindən 65% çoxdur. Tədbir çərçivəsində 40-dək ailəyə mənzillərinin açarları təhvil verilmişdir. Komitə də həyata keçirilən bu pilot layihəyə öz dəstəyini verib. Həmin gün Komitə bina sakinlərinə mənzillərinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışlar təqdim edib. "Kütləvi çıxarış" kampaniya çərçivəsində 40-a yaxın sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar verilib. Qeyd edək ki, cari il ərzində 17 Kütləvi çıxarış" kampaniyası keçirilib. Bunlardan 4-ü paytaxtda, 13-ü isə regionlarda baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31