Deputatımız AŞ PA-nın tədbirinə qatılıb

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyası çərçivəsində keçiriləcək  seminarda   iştirak etmək üçün  Macarıstanın paytaxtı Budapeşdə səfər edib.

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyası çərçivəsində keçiriləcək  seminarda   iştirak etmək üçün  Macarıstanın paytaxtı Budapeşdə səfər edib. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, tədbirdə müxtəlif ölkələrin nümayəndələri iştirak edəcəklər. Seminarda qadın hüquqlarının qorunması və məişət zorakılığının önlənməsinə dair imkanların dəyərləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Millət vəkili müzakirə olunacaq mövzularla bağlı öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək. Səfər sentyabrın 30-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31