Azərbaycan, Türkiyə və Gürcüstan rəsmiləri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə ilkin baxış keçirib

Cənab Prezidentin tapşırığına əsasən sentyabrın 27-də Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmilərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə ilkin baxış keçirilib. “OLAYLAR”-a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolları" SC-nin sədri Mamuka Baxtadze və Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan qatarla Tbilisidən Axalkalakiyə gedərək, dəmir yolu bağlantısında aparılan tikinti və son tamamlama işləri, yolun istifadəyə hazırlıq vəziyyəti ilə tanış olublar. Dövlət və hökumət rəsmiləri Tsalka, Tetriskalo və digər stansiyalarda olub, Asiya ilə Avropanı birləşdirəcək BTQ-nin açılışa hazırlığı ilə maraqlanıblar.

Cənab Prezidentin tapşırığına əsasən sentyabrın 27-də Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmilərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə ilkin baxış keçirilib. "OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolları" SC-nin sədri Mamuka Baxtadze və Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan qatarla Tbilisidən Axalkalakiyə gedərək, dəmir yolu bağlantısında aparılan tikinti və son tamamlama işləri, yolun istifadəyə hazırlıq vəziyyəti ilə tanış olublar. Dövlət və hökumət rəsmiləri Tsalka, Tetriskalo və digər stansiyalarda olub, Asiya ilə Avropanı birləşdirəcək BTQ-nin açılışa hazırlığı ilə maraqlanıblar.
Qeyd edək ki, tədbirdə üç ölkənin nəqliyyat strukturlarının rəhbərləri ilə yanaşı, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri Dursun Həsənov, Zəki Ləvənt Gümrükçü və digər rəsmi şəxslər iştirak ediblər.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov kütləvi informasiya vasitələrinə verdiyi məlumatda bildirib ki, Bakı-Tbilisi-Qars yeni dəmir yolunu test etdik. Yeni dəmir yolu artıq istifadəyə hazırdır. Cənab Prezidentin iştirakı ilə rəsmi açılışdan sonra Bakı-Tbilisi-Qars yeni dəmir yolu tam istifadəyə veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31