Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi

Çempionlar Liqasının qrup mərhələsinin ikinci turundan sonra UEFA reytinqi açıqlanıb. Dünən keçirilən 8 oyundan sonra millimizin mövqeyində dəyişiklik olmayıb. "Qarabağ"ın "Roma"ya 1:2 hesablı məğlubiyyəti reytinq xalımızın dəyişməz qalmasına səbəb olub. 22-ci pillədə qərarlaşan Azərbaycanın 18.625 xalı var. 

Çempionlar Liqasının qrup mərhələsinin ikinci turundan sonra UEFA reytinqi açıqlanıb. Dünən keçirilən 8 oyundan sonra millimizin mövqeyində dəyişiklik olmayıb. "Qarabağ"ın "Roma"ya 1:2 hesablı məğlubiyyəti reytinq xalımızın dəyişməz qalmasına səbəb olub. 22-ci pillədə qərarlaşan Azərbaycanın 18.625 xalı var. Ən yaxın izləyicimiz isə dəyişilib. İki pillə irəliləyən Şotlandiya 23-cü sıraya yüksəlib. Britaniyalılar İsveçlə Belarusu arxada qoyub. Hazırda ölkəmiz yeni qonşusu Şotlandiyanı 0.500 xal qabaqlayır.

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan Rumıniyanın 19.050 xalı var. Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31