Əməkdar artist Boris Qrafkinin 80 illik yubileyi qeyd olunacaq

 Musiqili Teatrının aktyoru, Respublikanın Əməkdar artisti Boris Qrafkinin 80 yaşı tamam olub. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Olaylar - a bildirib ki, uzun illərdir Musiqili Teatrın rus bölməsində aktyor və rejissor kimi fəaliyyət göstərən, özünəməxsus ifa tərzi ilə tamaşaçıların sevgisini qazanan B. Qrafkinin 80 illik yubileyi 29 sentyabr tarixində saat 19.00-da qeyd olunacaq. Bu münasibətlə dünya şöhrətli macar bəstəkarı İmre Kalmanın məşhur “Silva” operettası nümayiş olunacaq. Yubiliyar tamaşada əsas rollardan biri olan Knyaz Volyapuk obrazını canlandırır. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Boris Lukinskidir.

Musiqili Teatrının aktyoru, Respublikanın Əməkdar artisti Boris Qrafkinin 80 yaşı tamam olub. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Olaylar - a bildirib ki, uzun illərdir Musiqili Teatrın rus bölməsində aktyor və rejissor kimi fəaliyyət göstərən, özünəməxsus ifa tərzi ilə tamaşaçıların sevgisini qazanan B. Qrafkinin 80 illik yubileyi 29 sentyabr tarixində saat 19.00-da qeyd olunacaq. Bu münasibətlə dünya şöhrətli macar bəstəkarı İmre Kalmanın məşhur "Silva" operettası nümayiş olunacaq. Yubiliyar tamaşada əsas rollardan biri olan Knyaz Volyapuk obrazını canlandırır. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Boris Lukinskidir.

Qeyd edək ki, ömrünün 60 ilə yaxın dövrünü teatra həsr edən B. Qrafkin tamaşaya qoyulan bütün klassik operettaların, müasir əsərlərin əsas ifaçılarından olub. O, həmçinin rejissor kimi bir sıra tamaşalara quruluş verib. Boris Qrafkin 2000-ci ildə Əməkdar artisit fəxri adına layiq görülüb. 2013-cü ildə "Tərəqqi medalı", 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" və Azərbaycan Teatr Xadimləri ittifaqının "Sənətkar" medalı ilə təltif olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31