Misir Milli Kitabxanasının müdiri Bilik Fondunda

V Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etmək üçün Azərbaycana səfər etmiş Misir Milli Kitabxanası və Arxivlərinin müdiri, Ayn Şəms Universitetinin professoru, İslam arxeologiyası üzrə tanınmış alim Əhməd Seyyid Muhəmməd Şövki Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəstəyi, Bilik Fondunun təşkilatçılığı ilə Bakıda bir sıra görüşlər keçirib. Olaylar bildirir ki, Əhməd Şövki Fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə görüşüb. Misirli alimə qurumun fəaliyyəti barədə ətraflı məlumat verilib və "Azərbaycan elmi dünyada", “Dünya elmi Azərbaycanda" layihələri çərçivəsində qarşılıqlı əməkdaşlığın vacibliyindən danışılıb.

V Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etmək üçün Azərbaycana səfər etmiş Misir Milli Kitabxanası və Arxivlərinin müdiri, Ayn Şəms Universitetinin professoru, İslam arxeologiyası üzrə tanınmış alim Əhməd Seyyid Muhəmməd Şövki Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəstəyi, Bilik Fondunun təşkilatçılığı ilə Bakıda bir sıra görüşlər keçirib.

Olaylar bildirir ki, Əhməd Şövki Fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə görüşüb. Misirli alimə qurumun fəaliyyəti barədə ətraflı məlumat verilib və "Azərbaycan elmi dünyada", "Dünya elmi Azərbaycanda" layihələri çərçivəsində qarşılıqlı əməkdaşlığın vacibliyindən danışılıb.

Misir Milli Kitabxanası və Arxivlərinin müdiri Əhməd Şövki ölkəsinin dünyada məşhur olan kitabxanası haqqında məlumat verib. Misirli alim Bilik Fondunu təmsil etdiyi Milli Kitabxana ilə əməkdaşlığa dəvət edib. Qonaq Azərbaycan Prezidentinin 2017-ci ili ölkəmizdə "İslam Həmrəyliyi İli" elan etdiyini önə çəkərək, qarşılıqlı əməkdaşlıq əlaqələrinin məhz bu il qurulmasının məqsədəuyğun olduğunu söyləyib.

Fondun icraçı direktoru qonağın Misir Milli Kitabxanasında Azərbaycan guşəsinin yaradılması təklifini müsbət dəyərləndirərək Misir haqqında Azərbaycanda, Azərbaycan haqqında Misirdə dərc olunan yazılardan ibarət toplunun tərtib edilməsinin, eyni zamanda hər iki ölkənin əməkdaşlığını əks etdirən dərginin hazırlanmasının faydalı ola biləcəyini diqqətə çatdırıb.

Görüşdə hər iki xalqın ortaq dəyərlərinin elm, təhsil və mədəniyyət üzərində formalaşdığı qeyd olunub və bu münasibətlərin qorunub saxlanması, inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31