“Nəriman Nərimanov” tankeri əsaslı təmir olunub
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat Donanmasına məxsus “Nəriman Nərimanov” tankeri əsaslı təmir olunub. “OLAYLAR”-ın XDG-yə istinadən verdiyi xəbərə görə, “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan işlər tam uğurla başa çatdırılıb.
27 Sentyabr 2017 16:31 Sosial"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Nəqliyyat Donanmasına məxsus "Nəriman Nərimanov" tankeri əsaslı təmir olunub. "OLAYLAR"-ın XDG-yə istinadən verdiyi xəbərə görə, "Bibiheybət" Gəmi Təmiri Zavodunda aparılan işlər tam uğurla başa çatdırılıb. Gəmi dəniz sınağından da uğurla çıxıb. Tankerin gövdəsi, elektrik, radio və naviqasiya avadanlıqları, bütün maşın və mexanizmlər, baş və köməkçi mühərriklər, boru sistemləri əsaslı təmir olunub. Gəminin sualtı və suüstü hissəsi təmizlənərək rənglənib. Üzən vasitənin idarəetmə sistemləri sazlanıb. Tankerin gövdə hissəsində, yük anbarlarında və ballast çənlərində metalın keyfiyyətinə klass və konvensiyanın tələblərinə uyğun baxış keçirilib və lazımi gövdə-qaynaq işləri aparılıb. Tərsanə təmiri zamanı gəminin sualtı hissəsi, sükan və köməkçi qurğuları, kinqston qutuları, lövbər zəncirləri də təmir olunub.
Məlumat üçün bildiririk ki, "Nəriman Nərimanov" tankerinin uzunluğu 125.06, eni 16.63 metr, maksimal sürəti 11.3 uzeldir. Onun yükgötürmə qabiliyyəti 4987 ton təşkil edir.