ATV-nin vitse-prezidenti vəzifəsinə TƏYİNAT
“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezident vəzifəsinə təyinat olub. Vitse-prezident vəzifəsi müvəqqəti olaraq ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru Vaqif Aydınoğluna həvalə edilib. ATV-nin İctimai-siyasi verilişlər departamentinə isə müvəqqəti olaraq Ceyhun Əli rəhbərlik edəcək.
27 Sentyabr 2017 16:28 Sosial"Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezident vəzifəsinə təyinat olub. Vitse-prezident vəzifəsi müvəqqəti olaraq ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru Vaqif Aydınoğluna həvalə edilib. ATV-nin İctimai-siyasi verilişlər departamentinə isə müvəqqəti olaraq Ceyhun Əli rəhbərlik edəcək.
Qeyd edək ki, telekanalın vitse-prezidenti vəzifəsini tutan Rauf Dadaşov dünən öz ərizəsi ilə işdən azad edilib. Dünən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı da vəzifəsindən azad olunub. Onun yerinə Azər Xəlilov təyin edilib. A. Xəlilov buna qədər CBC televiziyasının rəhbəri olub. Matbuat.az