Neftin bahalaşmasına hansı amillər təsir göstərir?

Artıq bir neçə ildir ki, nəzərə çarpacaq dərəcədə aşağı düşən neft qiymətlərində son vaxtlar az da olsa artım müşahidə edillir. Düzdür, hazırkı qiymətlər əsas neft ixrac edən ölkələr, o cümlədən Azərbaycan üçün o qədər də səmərəli sayılmasa da, lakin bütün halda qiymətlərin az da olsa artması iqtisadiyyata müəyyən mənada öz müsbət təsirini göstərir. Nəzərə alsaq ki, bir müddət əvvəl Bakıda “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsi ilə bağlı yeni bir müqavilə imzalandı və həmin müqavilə 2050-ci ilə qədər olan dövrü əhatə edəcək, o zaman dünya bazarlarında neftin qiymətlərinin artmasının Azərbaycana əsaslı dərəcədə müsbət təsir göstərəcəyini söyləyə bilərik.

Pərviz Heydərov: "Bunun həm iqtisadi, həm də siyasi səbəbləri var"

Artıq bir neçə ildir ki, nəzərə çarpacaq dərəcədə aşağı düşən neft qiymətlərində son vaxtlar az da olsa artım müşahidə edillir. Düzdür, hazırkı qiymətlər əsas neft ixrac edən ölkələr, o cümlədən Azərbaycan üçün o qədər də səmərəli sayılmasa da, lakin bütün halda qiymətlərin az da olsa artması iqtisadiyyata müəyyən mənada öz müsbət təsirini göstərir. Nəzərə alsaq ki, bir müddət əvvəl Bakıda "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənməsi ilə bağlı yeni bir müqavilə imzalandı və həmin müqavilə 2050-ci ilə qədər olan dövrü əhatə edəcək, o zaman dünya bazarlarında neftin qiymətlərinin artmasının Azərbaycana əsaslı dərəcədə müsbət təsir göstərəcəyini söyləyə bilərik.

Dünya bazarlarında neftin qiymətinin qalxması heç şübhəsiz ki, Amerika dollarının digər milli valyutalara nisbətən bahalaşmasını da tənzimləyəcək. Artıq bir müddətdir ki, Azərbaycanın timsalında bunu görürük. Belə ki, milli valyutanın Birləşmiş Ştatlar dollarına nisbətən dəyər qazanması dollara olan tələbatı azaltmaqla yanaşı, ölkəyə idxal olunan mal və məhsulların da qiymətinə təsirsiz ötüşmür. Yəni neftin qiymətinin qalxması fonunda Amerika dollarının dəyərinin aşağı düşməsinə gətirib çıxarır ki, bu da idxal olunan məhsulların nisbətən ucuzlaşmasına gətirib çıxarır. Ümumiyyətlə, dünya bazarlarında neftin qiymətinin az bir səviyyədə qalxması müsbət məqam kimi qiymətləndirilsə də, lakin bu prosesə təsir göstərən əsas amillərin nədən ibarət olduğu hələ ki, başlıca və günün əsas sualı olaraq qalır. Görəsən, dünya bazarlarında neft qiymətlərinin nisbətən dəyər qazanması nə ilə bağlıdır? Və ekspertlər bu barədə nə düşünürlər?.

İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, neftin qiymətinin bahalaşmasının həm iqtisadi, həm də siyasi səbəbləri vardır. Onun sözlərinə görə, bu tendensiya sentyabrın əvvəlindən müşahidə edilir: "Bununla bağlı verdiyim açıqlamada qeyd etmişdim ki, neftin bahalaşması üçün əslində, heç bir ciddi əsaslar yoxdur. Eyni zamanda, ucuzlaşma üçün də bunu demək olar. Yəni, məlum olduğu kimi, artıq, xeyli müddətdir vəziyyət onsuz da stabil xarakter daşıyırdı. Ümumiyyətlə, neftin 50-55 ABŞ dollar dünya bazar qiymətləri bütün hasilatçı ölkələr üçün məqsədəuyğun xarakter daşıyır. Əlbəttə, bir çox ölkələr istəyərlər ki, qiymətlər 70 ABŞ dollarının üstündə olsun. Ancaq bu, yaxın perespektivdə gözlənilmirdi və heç orta perespektivdə üçün də güman edilmirdi. Ancaq məsələ ondadır, neft elə bir məhsul növüdür ki, təkcə iqtisadi deyil, siyasi səbəblər üzündən də qiymət dəyişiikliyinə uğrayır. Əvvəlki açıqlamalarımda qeyd etmişdim ki, 60 dollar rəqəminə yaxınlaşma meyilləri ABŞ dollarının kursu kimi amillərə bağlıdır. Belə ki, bəlli olduğu kimi, ABŞ valyutası möhkəmləndikdə neft ucuzlaşır, dəyərdən düşdükdə isə bahalaşır. Məsələ isə bundan ibarətdir ki, Amerika valyutası bu il möhkəmlənməyi dayandırdı. Baxmayaraq ki, ABŞ mərkəzi bankı cari il ərzində üst-üstə 2 dəfə faiz artımına getdi, dollar möhkəmlənmədi. Əksinə, Amerika milli valyutası bu gün də dəyərsizləşməkdədir. Neft də ona görə bahalaşmağa meyl göstərirdi . İndi isə buna siyasi səbəblər də əlavə olunub. Belə ki, neftin dünya qiymətinin daha da yüksəlməsini şərtləndirən əsas məsələlərdən birinə də "Kürdüstan" məsələsi çevrilib. Yəni orada keçirilən referendum məsələsi". Pərviz Heydərov bildirib ki, Şimali Koreya ətrafında cərəyan edən hadisələri də kənara atmaq lazım deyil: "Düzdür, bəziləri izah edirlər ki, Birləşmiş Ştatlarda şist neft hasilatı azalıb və üstəlik, dünya üzrə də hazır neft ehtiyatı aşağı düşüb və s. Və ona görə də tələbat yüksəlib. Lakin, bunlar əhəmiyyətli faktorlar deyil. Hətta onu da qeyd edim ki, "Kürdüstan" məsələsi deyəndə heç, bölgənin neftinin Türkiyədən ixracının dayandırılacağı ehtimalı da qiymətlərin qalxmasında əsas rol oynamır. O mənada ki, İraq neftinin Avropa bazarına çıxarılması elə də ciddi problem deyil. Belə ki, sözügedən məkan onsuz da qeyri-stabil zonadır və Qərbin əlindədir. Odur ki, hesab edirəm, siyasi səbəblər aradan qalxsa, qiymət 60 dolları keçən deyil. Yox əgər, tendensiya dərinləşsə, indiki bahalaşma oktyabrda da davam edəcək".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31