"Sən də oxu!" adlı kitab xeyriyyə aksiyası keçiriləcək
V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Gənclər Təşkilatları Milli Şurası tərəfindən Mədəniyyət və Turizm Nazirliyi və Dünya İqtisadiyyat Forumunun "Global Shapers" İcmasının dəstəyi ilə "Sən də oxu!" adlı kitab xeyriyyə aksiyası keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Milli Şuradan daxil olub.
27 Sentyabr 2017 14:42 SosialV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Gənclər Təşkilatları Milli Şurası tərəfindən Mədəniyyət və Turizm Nazirliyi və Dünya İqtisadiyyat Forumunun "Global Shapers" İcmasının dəstəyi ilə "Sən də oxu!" adlı kitab xeyriyyə aksiyası keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Milli Şuradan daxil olub. Bildirilib ki, "Sən də oxu!" şüarı ilə keçirilən aksiyada məqsəd oxuduğumuz kitabları başqa kitabsevərlərlə paylaşmaq, elmə, təhsilə, mütaliəyə marağı daha da artırmaqdır. 28-30 sentyabr tarixlərində keçiriləcək sərgi boyunca ziyarətçilərin bağışladığı kitablar toplanacaq. Sərgi başa çatdıqdan sonra toplanmış kitabların bir hissəsi Cocuq Mərcanlı kəndinin yenidən qurulacaq kitabxanasına, digər hissəsi isə paytaxt və regionlarımızın kəndlərində yaşayan, kitabları, mütaliəni sevən aztəminatlı uşaqlara və gənclərə hədiyyə ediləcək.