Miqrasiya sahəsində əməkdaşlıq məslələri müzakirə edilib

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə görüşüb. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, görüşdə ölkələr arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əlaqələrdən danışılıb. Bildirilib ki, Azərbaycan ilə Tacikistan bir-birinə dost ölkələrdir. Əminlik ifadə edilib ki, iki dövlət arasında formalaşmış dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi yolunda səylər bundan sonra da davam etdiriləcək.

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə görüşüb. "OLAYLAR"-ın Xidmətə istinadən verdiyi xəbərə görə, görüşdə ölkələr arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əlaqələrdən danışılıb. Bildirilib ki, Azərbaycan ilə Tacikistan bir-birinə dost ölkələrdir. Əminlik ifadə edilib ki, iki dövlət arasında formalaşmış dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi yolunda səylər bundan sonra da davam etdiriləcək.

F.Nəbiyev səfirə Ermənistan - Azərbaycan münaqişəsi barədə məlumat verib, Azərbaycanın 20% ərazisini Ermənistan silahlı qüvvələrinin işğalı etdiyini, BMT TŞ-nin 4 qətnaməsinin bu günə qədər Ermənistan tərəfindən yerinə yetirilmədiyini qeyd edib. Prezident İlham Əliyevin bu günlərdə BMT-dəki çıxışı zamanı toxunduğu çox ciddi məsələləri xüsusi vurğulayıb. F.Nəbiyev bütün sahələrdə olduğu kimi miqrasiya sahəsində də iki ölkə arasında əlaqələrin uğurla inkişafı ilə bağlı fikirlərini bölüşüb. Görüşdə miqrasiya ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31