Avtomobil qaçırıb satan şəxslər tutulub
Avtomobil qaçırmaqda şübhəli bilinən Beyləqan və Samux rayon sakinləri tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 5-də Bakı şəhər sakini Fərid Məmmədovun məxsus “Daewoo” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini Orxan Hüseynov və Samux rayon sakini Elnur Həsənov tutulublar. Araşdırmalar zamanı onların avtomobili Gəncə şəhəri ərazisində şəhər sakini olan bir nəfərə 1300 manata satmaları müəyyən edilib.
27 Sentyabr 2017 14:53 KriminalAvtomobil qaçırmaqda şübhəli bilinən Beyləqan və Samux rayon sakinləri tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 5-də Bakı şəhər sakini Fərid Məmmədovun məxsus "Daewoo" markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini Orxan Hüseynov və Samux rayon sakini Elnur Həsənov tutulublar. Araşdırmalar zamanı onların avtomobili Gəncə şəhəri ərazisində şəhər sakini olan bir nəfərə 1300 manata satmaları müəyyən edilib.