İnformasiya texnologiyalarında yeniliklər  dünyanın ən çox diqqət ayırdığı məsələlərdəndir

Bu gün hər birimizin gündəlik istifadə etdiyimiz, interneti onsuz təsəvvür etmədiyimiz Google axtarış sisteminin 19 yaşı tamam olur. 1998-ci ildə Amerikanın Stenford universitetində tələbə yoldaşları olan Larry Page və Sergey Brinin birgə layihəsi nəticəsində meydana çıxan bu axtarış sistemi bu günün dünyanın ən nəhəng şirkətlərindən biridir.

Vüsal Hüseynov: "Elektron resurslar da hər bir alət kimi istifadə edilməsindən asılı olaraq faydalı və zərərli olar bilər "

Bu gün hər birimizin gündəlik istifadə etdiyimiz, interneti onsuz təsəvvür etmədiyimiz Google axtarış sisteminin 19 yaşı tamam olur. 1998-ci ildə Amerikanın Stenford universitetində tələbə yoldaşları olan Larry Page və Sergey Brinin birgə layihəsi nəticəsində meydana çıxan bu axtarış sistemi bu günün dünyanın ən nəhəng şirkətlərindən biridir. Hazırda bu şirkətin səhmlərinin dəyəri 541 milyard ABŞ dollarıdır. Forbes jurnalının tərtib etdiyi son siyahıya görə, Page 35.2 milyard ABŞ dolları ilə dünyanın 12-ci, Brin isə 34.4 milyard ABŞ dolları ilə dünyanın 13-cü ən varlı insanlarıdır. Google axtarış sistemini informasiya texnologiyalarında mühüç yeniliklərdən hesab edən millət vəkili Vüsal Hüseynov qeyd edib ki, müasir dünyamızda, gündəlik həyatda informasiya texnologiyalarında yeniliklər, inkşaf və onların doğru istifadəsi bu gün dünyanın ən çox diqqət ayırdığı məsələlərdəndir. Millət vəkilinin sözlərinə görə,  elektron resurslar təkcə özəl sektorda gəlir əldə etmək vasitəsi deyil, həm də siyasi, iqtisadi, mədəni, hüquqi və təhlükəsizlik müstəvilərində dövlətlər, beynəlxalq təşkilatlar və sair dairələr tərəfindən istifadə üçün geniş imknalar təmin edir: "Elektron resurslar da hər bir alət kimi istifadə edilməsindən asılı olaraq faydalı və zərərli olar bilər. Bəzən insanlara faydalı məlumat, iş proseslərinin avtomatlaşması prosesində dəstək, bəzənsə dünyada sülh və təhlükəsizliyi təhdid edən amil kimi çıxış edə bilir. Nümunə üçün, sosial şəbəkələrdən istifadə etməklə Beynəlxalq Səhiyyə Təşkilatı dünyada sağlıq problemlərinə diqqət çəkə bilirsə, eyni zamanda, terror təşkilatları özlərinə yeni döyüşçü/terrorçular cəlb edə bilir". Vüsal Hüseynov bildirib ki,  elektron resurslar həm də təşviqat üçün böyük imkanlar təmin edir. Bu baxımdan Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin 15 sentyabr 2017-ci ildə qəbul etdiyi "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramında yer alan tədbirlər həm də informasiya-kommunikasiya texnologiyaları sahəsində gənclərin bilik və bacarıqlarının artırılmasını hədəf kimi müəyyən edir:  "İnformasiya-kommunikasiya texnologiyalarına maraq və ümumi olaraq bu sahə üzrə bilikli olma inkişaf üçün, fərdi təşəbbüslərin reallaşdırılması, hər hansı bir işin reklamının təşkili, startup ideyalarınn reallaşması, paralel layihələrin həyata keçirilməsi üçün imkanlar təmin edir. Bu sahədə biliklərin artması xüsusilə regionlarda olan gənclərimizin inkişafına təsiri böyükdür. Dövlət Proqramında bu bəndin yer alması, icrası və gənclərin bu sahədə təşəbbüskarlığı önəmlidir. Gələcəkdə bu sahədə, istiqamətdə layihələrin iştirakçısı olmağı nəzərdə tuturuq". Millət vəkili qeyd edib ki,  "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının hır bir bəndi kimi sənədin 5.9.1-ci bəndi də xüsusilə əhəmiyyətlidir: "Ümumiyyətlə, sözügedən proqramın hər bir bəndi ayrı-ayrılıqda gənclərimiz, onların fəaliyyəti üçün əhəmiyyət kəsb edir. Qeyd etdiyim 5.9.1-ci bənd isə "İnformasiya-kommunikasiya texnologiyaları vasitəsilə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üzrə gənclərin bilik və bacarıqlarının artırılması"nı özündə ehtiva edir. Artıq hər birimiz müasir kommunikasiya və informasiyanın ötürülməsi üsullarında inqilabi dəyişiklikləri müşahidə edirik. İnformasiyanın bu cür çevik vasitələrlə və bu sürətlə ötürülməsi hadisələr haqqında dünya ictimaiyyətinin rəyini formalaşdıran əsas faktora çevrilib. Müasir ictimai əlaqələrdə/diplomatiyada bu vasitələrin və trendlərin təsirini nəzərə almadan, istifadə etmədən bu sahədə uğur qazanmaq çox çətindir. Açıq elektron resurslar, ensiklopediyalar, sosial şəbəkələr, facebook, youtube əhatəsi 100 milyonlarla olan, ölkə həqiqətlərinin beynəlxalq təşviqi üçün səmərəli, böyük potensialı olan alətlərdir. Gənclərimiz arasında bu cür müasir kommunikasiya platformalarına gündəlik əyləncə, məlumat əldə etmə, şəxsi kommunikasiya vasitəsi yanaşması ilə yanaşı, onlardan daha geniş miqyasda, milli maraqlar naminə istifadə edilməsinin təşviqi də olduqca vacibdir. Bu səbəbdən hər birimiz evdə, işdə bu sosial şəbəkələrdə sərf etdiyimiz vaxtı ən azından daha məlumatlı olmaqla, faydalı, ictimai maraqlı istiqamətə də sərf edə bilərik. Dövlət Proqramında qeyd edildiyi kimi, bu istiqamətdə gənclərin bilik və baracarıqlarının artırılması isə təbii ki, bu faydalılığı daha da artırmış olacaq".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31