"Neftçi"nin futbolçuları autizmli uşaqlarla məşq etdilər

Baki Autizm İdman Klubunun üzvləri "Neftçi" PFK-nın təlim məşq bazasında qonaq olublar. Klubdan  verilən məlumata görə, təlim məşq bazasına gələn autizmli gənc və uşaqlar "Neftçi" klubunun üzvləri ilə birlikdə məşq ediblər. Bakı Autizm İdman və Yaşam Klubunun direktoruElnur Məmmədov dəvətə görə "Neftçi" klubunun üzvlərinə və rəhbərliyə təşəkkür edib:

Baki Autizm İdman Klubunun üzvləri "Neftçi" PFK-nın təlim məşq bazasında qonaq olublar. Klubdan  verilən məlumata görə, təlim məşq bazasına gələn autizmli gənc və uşaqlar "Neftçi" klubunun üzvləri ilə birlikdə məşq ediblər. Bakı Autizm İdman və Yaşam Klubunun direktoru Elnur Məmmədov dəvətə görə "Neftçi" klubunun üzvlərinə və rəhbərliyə təşəkkür edib: "Bu uşaqları unutmadıqlarına, bizi bura dəvət etdiklərinə görə, başda "Neftçi" klubunun rəhbərliyi olmaqla, hamıya təşəkkür edirəm. Autizmli uşaqlar da cəmiyyətin bir üzvüdür. Onları unutmaq və xəstə adlandırmaq olmaz. Biz klubumuzda bu uşaqlara idman vərdişləri aşılamaqla yanaşı, onlara həm də mənəvi dəstək oluruq", - E.Məmmədov əlavə edib. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31