YAP müsabiqə keçirir

Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının, Nizami Rayon İcra Hakimiyyətinin  və Nizami rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı, “İki sahil” qəzetinin dəstəyi ilə “Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın inkişaf tarixinin bələdçisidir” mövzusunda rəsm və inşa müsabiqəsinə start verilib.

Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının, Nizami Rayon İcra Hakimiyyətinin  və Nizami rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı, "İki sahil" qəzetinin dəstəyi ilə "Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın inkişaf tarixinin bələdçisidir" mövzusunda rəsm və inşa müsabiqəsinə start verilib.

"OLAYLAR"-ın hakim partiyaya istinadən verdiyi xəbərə görə, müsabiqənin əsas məqsədi rayonun incəsənət və təhsil nümayəndələrinin fırçası və qələmi ilə Yeni Azərbaycan Partiyasının yaranması dövrünü, partiyanın yaradıcısı böyük azərbaycanlı, millətimizin fəxri, milli və mənəvi liderimiz Heydər Əliyevin əmanət qoyduğu müstəqil Azərbaycanın Onun ölməz ideyalarının işığında Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində gələcəyə inamla addımlamasını, ölkənin inkişafında YAP-ın oynadığı müstəsna rolu obrazlı şəkildə diqqətə çatdırmaqdır.

Müsabiqənin qalibləri YAP-ın 25-ci ildünümü münasibətilə keçiriləcək ümumrayon tədbirində mükafatlandırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31