Meksika-ABŞ sərhədində divar inşası başladı
ABŞ və Meksika arasındakı sərhəd xəttində divarın tikintisinə start verilib. İstinad divarları sərhəd pozuntularının qarşısını alacaq və sərhəd xəttini qoruyacaq. ABŞ gömrük-sərhəd xidmətindən verilən məlumata görə, 30 gün ərzində Kaliforniya ştatının San-Dieqo şəhərində 8 belə prototip hazırlanacaq. Bildirilir ki, San-Dieqoda 8 prototip divarın tikintisinə başlayıblar. Divarlardan dördü betondan, dördü isə alternativ materiallardan hazırlanacaq.
27 Sentyabr 2017 12:38 DünyaABŞ və Meksika arasındakı sərhəd xəttində divarın tikintisinə start verilib. İstinad divarları sərhəd pozuntularının qarşısını alacaq və sərhəd xəttini qoruyacaq. ABŞ gömrük-sərhəd xidmətindən verilən məlumata görə, 30 gün ərzində Kaliforniya ştatının San-Dieqo şəhərində 8 belə prototip hazırlanacaq. Bildirilir ki, San-Dieqoda 8 prototip divarın tikintisinə başlayıblar. Divarlardan dördü betondan, dördü isə alternativ materiallardan hazırlanacaq.
Divarın hündürlüyü 5.5-9 metr olacaq. Bu divarlar əsasında hazırlanan layihə inkişaf etdiriləcək və sərhəd xidmətinin tələblərinə uyğunlaşdırılacaq. Ölkə.az