İntensiv yağış yağacaq, külək güclənəcək

Sentyabrın 28-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Sentyabrın 28-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. ETSN-dən  verilən məlumata görə, havanın temperaturunun gecə  14-16° isti, gündüz  17-20° isti, Bakıda gecə  14-16°, gündüz  17-19° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 764  mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət  85-95 % olacaq. 

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə  11-16°, gündüz  17-22° isti, dağlarda gecə 3-7°, gündüz 7-12° isti olacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31