Roma Papasına qarşı ŞOK İTTİHAM — Kafirliyi təbliğ edir
Roma Papası son 8 əsr ərzində ilk dəfədir ki, kafirliyi yaymaqda ittiham edilir. Katolik Kilsəsinin 60 konservativ xidmətçisi pontifikə məktub göndərib. Məktubu imzalayan şəxslər Fransiski "Amoris Laetitia" apostol müraciətinin mətninə görə tənqid edirlər. Mətn ötən ilin yaz ayında dərc edilib.
27 Sentyabr 2017 12:29 DünyaRoma Papası son 8 əsr ərzində ilk dəfədir ki, kafirliyi yaymaqda ittiham edilir. Katolik Kilsəsinin 60 konservativ xidmətçisi pontifikə məktub göndərib. Məktubu imzalayan şəxslər Fransiski "Amoris Laetitia" apostol müraciətinin mətninə görə tənqid edirlər. Mətn ötən ilin yaz ayında dərc edilib. Bütün tənqidlər pontifikin boşanma ilə bağlı mövqeyinə yönəlib. Papa Fransisk boşanmış cütlüklərlə bağlı məsləhət verib. Məktub iyul ayında Vatikana göndərilib. Bununla yanaşı Katolik Kilsəsinin ekspertləri bildirirlər ki, 60 rahibin müraciəti bir qrup radikal katolikin mövqeyidir.
Papanın ünvanına səsləndirilən ittihamın altına 200 kardinalın heç biri imza atmayıb. 5000 yepiskopdan sadəcə biri imza qoyub.