Azərbaycanlı tələbə “Quiz on Korea” intellektual yarışmasında ölkəmizi təmsil edib

Azərbaycan Dillər Universitetinin  Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin Azərbaycan dili-Koreya dili ixtisasının IV kurs tələbəsi Fəridə Aydayeva Koreyada təşkil olunmuş “Quiz on Korea” intellektual yarışmasında Azərbaycanı təmsil edib. “Olaylar” bildirir ki, F.Aydayeva 1 həftəlik səfəri zamanı Koreyanın tarixi, mədəniyyəti və gündəlik həyatı ilə yaxından tanış olduğunu, qələbə qazana bilməsə də Azərbaycanı Koreyada layiqincə təmsil etməkdən qürur duyduğunu bildirib.

Azərbaycan Dillər Universitetinin  Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin Azərbaycan dili-Koreya dili ixtisasının IV kurs tələbəsi Fəridə Aydayeva Koreyada təşkil olunmuş "Quiz on Korea" intellektual yarışmasında Azərbaycanı təmsil edib.

"Olaylar" bildirir ki, F.Aydayeva 1 həftəlik səfəri zamanı Koreyanın tarixi, mədəniyyəti və gündəlik həyatı ilə yaxından tanış olduğunu, qələbə qazana bilməsə də Azərbaycanı Koreyada layiqincə təmsil etməkdən qürur duyduğunu bildirib.

Qeyd edək ki, F.Aydayeva mayın 12-də Koreya səfirliyinin təşkilati dəstəyi ilə ADU-da keçirilmiş, 2 mərhələ və 12 iştirakçıdan ibarət "Koreya haqqında viktorina"da qələbə qazanaraq Koreyada Azərbaycanı təmsil etmək hüququ əldə edib. O, bundan öncə də Azərbaycanı və universitetimizi Tiflisdə təşkil olunmuş "Qafqaz Koreya dili danışıq müsabiqəsi"ndə layiqincə təmsil edərək 3-cü yerə layiq görülüb. Yarışma Koreyanın KBS kanalı vasitəsi ilə oktyabrın 10-u yayımlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31