Rusiya 5 komandir və 32 silahlını bombaladı
Rusiya Müdafiə Nazirliyi Suriyanın İdlib vilayətində "Cəbhat ən-Nüsra terror təşkilatının 5 səhra komandirinin məhv edilməsinin görüntülərini yayıb. Terrorçuların yerinin müəyyənləşdirilməsi üçün kəşfiyyat sistemindən istifadə edilib. Bundan sonra terrorçuların olduğu əraziyə raket-aviasiya zərbəsi endirilib.
27 Sentyabr 2017 11:21 DünyaRusiya Müdafiə Nazirliyi Suriyanın İdlib vilayətində "Cəbhat ən-Nüsra terror təşkilatının 5 səhra komandirinin məhv edilməsinin görüntülərini yayıb. Terrorçuların yerinin müəyyənləşdirilməsi üçün kəşfiyyat sistemindən istifadə edilib. Bundan sonra terrorçuların olduğu əraziyə raket-aviasiya zərbəsi endirilib.
Əməliyyat zamanı İdlib vilayətinin cənub sektorunun rəhbəri, maliyyə məsələləri üzrə əmir, hərb nazirinin müşaviri, dini lider Abdulla əl-Müheysinin köməkçisi, şəriət hakimi və digər 32 terrorçu zərərsizləşdirilib. AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir.