Qətərdən kürd referendumuna reaksiya — "Narahatıq"

Qətər Şimali İraq Kürd Muxtariyyatının keçirdiyi müstəqillik referendumuna reaksiya verib. Açıqlamaya əsasən keçirilən referendum İraqın bütövlüyü, regionun təhlükəsizlik və sabitliyi üçün təhlükə kəsb edir. Qətər vəziyyətdən çox narahatdır.

XİN-in açıqlamasında deyilir: "Rəsmi Bağdad ilə Şimali İraq Kürd Muxtariyyatı arasında razılaşma olmadan həyata keçirilən referendum daha mənfi proseslərə, İraq xalqı arasındakı anlaşmazlıq və bölünmənin böyüməsinə yol açmamalıdır. Referendum İraqın birlik, təhlükəsizlik və sabitliyinin təmin edilməsi, terrorun məhv edilməsinə hədəflənməlidir". Ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31