Ayşən Abduləzimova: "Əsas məqsədimiz medal qazanmaqdır"

"Almaniya yığması, eləcə də Macarıstan və Polşa komandaları üzərində qələbə bizim üçün gözlənilən idi. Çünki üç ay ərzində gərgin məşqlər edir, çox ciddi hazırlaşırdıq. Avropa çempionatının qrup mərhələsinin axırıncı oyunlarında maksimum nəticə göstərdik". Məlumata görə, bu sözləri qadın voleybolçular arasında Avropa çempionatının qrup mərhələsində Almaniya yığması ilə matçdan sonra Azərbaycan milli komandasının üzvü Ayşən Abduləzimova deyib.

O bildirib ki, millimizin yarışdığı qrupda çox güclü rəqiblər olub. Lakin Azərbaycan yığması heç də zəif rəqib deyil. Digər komandalar bizim voleybolçulara qarşı matçlara fərqli və daha ciddi hazırlaşır. Dövlətimizin başçısına və azərbaycanlı azarkeşlərə böyük dəstəyə görə təşəkkürünü bildirən voleybolçumuz qeyd edib ki, komandanı çox maraqlı oyunlar gözləyir. "Avropa çempionatında əsas məqsədimiz medal qazanmaqdır", - deyə A.Abduləzimova vurğulayıb. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31