Avtonom uçan taksinin sınaqları keçirilib

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində pilotsuz uçan taksinin sınaq uçuşu keçirilib. “ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, Almaniya konstruktorları tərəfindən ərsəyə gətirilən nəqliyyat vasitəsi prototipi sərnişinlərin avtonom rejimdə çatdırılmasını təmin edəcək. Havada 30 dəqiqə qalan aparatın maksimal sürəti saatda 100 km təşkil edir.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində pilotsuz uçan taksinin sınaq uçuşu keçirilib.
"ICTnews" Elektron Xəbər Xidməti "Life" resursuna istinadən yazır ki, Almaniya konstruktorları tərəfindən ərsəyə gətirilən nəqliyyat vasitəsi prototipi sərnişinlərin avtonom rejimdə çatdırılmasını təmin edəcək. Havada 30 dəqiqə qalan aparatın maksimal sürəti saatda 100 km təşkil edir.

Məlumata görə, sərnişinlərin təhlükəsizliyinin təmini üçün pilotsuz uçan aparat paraşütlər və doqquz müstəqil akkumulyatorla təchiz ediləcək. Sərnişinin avtonom taksini mobil telefon proqramı vasitəsilə sifariş edə biləcəyi nəzərdə tutulur. 


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31