ABŞ-da nüvə zərbəsi üzrə məxfi sənəd AÇIQLANDI
ABŞ-ın Kaliforniya ştatının hakimiyyəti Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən mümkün nüvə zərbəsi üzrə iş planını hazırlayıb. Bu haqda anonim mənbəyə istinadən “The Daily Express” nəşri bildirib.
26 Sentyabr 2017 17:52 DünyaABŞ-ın Kaliforniya ştatının hakimiyyəti Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən mümkün nüvə zərbəsi üzrə iş planını hazırlayıb. Bu haqda anonim mənbəyə istinadən "The Daily Express" nəşri bildirib. Nəşin məlumatına görə, ABŞ Milli Təhlükəsizlik Nazirliyi və ştat hakimiyyəti "Nüvə hücumlarına reaksiya göstərmə məsələləri" ("Nuclear Attack Response Considerations") adlı 16 səhifəlik məxfi sənədini dərc edib. "Cənubi Kaliforniyada nüvə hücumunun nəticələri faciəli olacaq", - nəşr sənəddən sitat gətirib. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31