Media nümayəndələri “TurAz Qartalı - 2017” təlimlərini izləyib
“TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin kütləvi informasiya vasitələrində işıqlandırılması, həmçinin gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi və hərbi xidmətə həvəsləndirilməsi məqsədilə yerli və xarici media nümayəndələri və bir qrup məktəblinin sentyabrın 26-da təlim keçirilən əraziyə səfəri təşkil edilib.
26 Sentyabr 2017 17:40 Sosial"TurAz Qartalı - 2017" birgə taktiki-uçuş təlimlərinin kütləvi informasiya vasitələrində işıqlandırılması, həmçinin gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi və hərbi xidmətə həvəsləndirilməsi məqsədilə yerli və xarici media nümayəndələri və bir qrup məktəblinin sentyabrın 26-da təlim keçirilən əraziyə səfəri təşkil edilib. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə. şəxsi heyət və hərbi texnika ilə tanış olan jurnalistlər və məktəblilər yerinə yetirilən uçuşları izləyiblər. Hərbi pilotların qonağı olan məktəblilər təlimlərə cəlb edilən aviasiya texnikası ilə tanış olub və onları maraqlandıran mövzular üzrə məlumat əldə ediblər.
Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.