İranda minlərlə kürd küçələrə çıxdı- VİDEO

İranda minlərlə kürd Sənəndəc, Mahabad və başqa şəhərlərin küçələrində Kürdüstanın müstəqilliyinə dəstək olaraq kütləvi aksiyalar keçirir. İran politoloqu Qadir Qolkarian virtualaz.org-a bildirib ki, aksiyalar hər hansı qeyri-adi hadisə baş vermədən keçir. İran hökuməti, separatizmdən ehtiyat edərək, artıq elan edib ki, referendumun nəticələrini və Kürdüstanın müstəqilliyini tanımır.

İranda minlərlə kürd Sənəndəc, Mahabad və başqa şəhərlərin küçələrində Kürdüstanın müstəqilliyinə dəstək olaraq kütləvi aksiyalar keçirir. İran politoloqu Qadir Qolkarian bildirib ki, aksiyalar hər hansı qeyri-adi hadisə baş vermədən keçir. İran hökuməti, separatizmdən ehtiyat edərək, artıq elan edib ki, referendumun nəticələrini və Kürdüstanın müstəqilliyini tanımır. Yerli KİV-inin məlumatına görə, yürüşlərdə demək olar ki, İranın Kürdüstan əyalətinin 80% əhalisi iştirak edir. Hakimiyyət kürdlərə İraqdakı soydaşları ilə həmrəy olduqlarını və sevindiklərini bildirmələrinə mane olmayıb. Onun sözlərinə görə, regionda baş verənlər ABŞ-ın "Böyük Yaxın Şərq" geosiyasi planının bir hissəsidir.

Qeyd edək ki, İraq Kürdüstanında keçirilən referendumun 93%-dən çox iştirakçısı bu regionun müstəqilliyi lehinə səs verib.  Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31