Xalq rəssamı Asəf Cəfərovun 90 illik yubiley sərgisi keçiriləcək
Sentyabrın 26 – 30 tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı iləAzərbaycan Milli İncəsənət Muzeyində Azərbaycanın Xalq rəssamı Asəf Cəfərovun 90 illik yubiley sərgisi keçiriləcək. “Olaylar” bildirir ki, sərginin açılışı sentyabr ayının 26-da, saat 18:30-da təşkil olunacaqdır. Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının və rəssamın ailə kolleksiyasından seçilmiş əsərləri nümayiş etdiriləcək.
26 Sentyabr 2017 15:49 MədəniyyətSentyabrın 26 - 30 tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı iləAzərbaycan Milli İncəsənət Muzeyində Azərbaycanın Xalq rəssamı Asəf Cəfərovun 90 illik yubiley sərgisi keçiriləcək. "Olaylar" bildirir ki, sərginin açılışı sentyabr ayının 26-da, saat 18:30-da təşkil olunacaqdır. Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının və rəssamın ailə kolleksiyasından seçilmiş əsərləri nümayiş etdiriləcək.
Görkəmli fırça ustası "Ə.Vahid", "V.Mustafazadə", "S.Bəhlulzadə", "Arif Məlikov", "Cəfər Cabbarlı", "Vəcihə Səmədova", "Rəşid Behbudov" və s portretlərin muəllifidir. Rəssam bölgələrə yaradıcılıq ezamiyyətlərindən sonra "Bakıda qar", "Qaş-Qaş", "Xəzər dənizi" adlı mənzərə janrında əsərlər işləmişdir. O, Abşeron mənzərələri silsiləsinə daxil olan "Abşeron", "Daş hasarlar", "Maştağa kəndi", "Abşeronun qızıl qumları", "Bakıda qış", "İsti gün", "Qış", "Əncir kolu", "Bahar", "Axşam motivi" və s. əsərlər işləmişdir.Asəf Cəfərovun "Nəsimi azad düşüncəlilərin məclisində", "Oyanış" əsərlərini tarixi janrda işləmişdir.
O, bir çox beynəlxalq sərgilərin iştrakçısı olaraq, Avstriyada "Dünya Təsviri Sənət Sərgisi"ndə (1980) "Qran Pri" mükafatını qazanmışdır.
Asəf Cəfərov 2000-ci ildə vəfat edib.