Azərbaycanda sosial dövlət quruculuğu modeli həyata keçirilir

Azərbaycan dövləti sosial yönümlüdür və bu sahə daim diqqət mərkəzində saxlanılır. Bu tezis faktiki olaraq həyatda o qədər tez-tez sübutunu tapıb ki, artıq aksiomaya çevrilib. Ötən illərin inkişaf prosesini izləyəndə məsələ barədə panoram daha aydın görünür. Belə ki, hər il ölkə başçısının sərəncamları ilə minimum əmək haqqının səviyyəsi, minimum pensiya, minimum istehlak səbətinin dəyəri artırılır.

Hadı Rəcəbli: "Bu modelin təməlində ölkə vətəndaşı, onun sosial rifah halının yaxşılaşdırılması durur"

Azərbaycan dövləti sosial yönümlüdür və bu sahə daim diqqət mərkəzində saxlanılır. Bu tezis faktiki olaraq həyatda o qədər tez-tez sübutunu tapıb ki, artıq aksiomaya çevrilib. Ötən illərin inkişaf prosesini izləyəndə məsələ barədə panoram daha aydın görünür. Belə ki, hər il ölkə başçısının sərəncamları ilə minimum əmək haqqının səviyyəsi, minimum pensiya, minimum istehlak səbətinin dəyəri artırılır. Etiraf edilməlidir ki, müharibə şəraitində yaşayan ölkədə belə bir sürət tempini saxlamaq asan iş deyil. Üstəlik, dünyada neft ixracatçısı kimi tanınan Azərbaycanın hazırda neftin qiymətinin düşməsi nəticəsində büdcədə yaranmış problemlər fonunda həmişəki qaydada yoluna davam etməsi gərgin zəhmət və qətiyyətli iradə tələb olunur. Çətinliklərə baxmayaraq, dövlət bu maniələri dəf etməyi bacarır, əhalinin güzəranının səviyyəsini saxlamaq üçün problemləri sosial yanaşma metodu ilə aradan qaldırmağa səy göstərir. Millət vəkili, Milli Məclisin Əmək və  sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bu gün əsası Ümummilli lider tərəfindən qoyulan bu sabitlik fonunda dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən balanslaşdırılmış, çoxşaxəli, dünyəvi, yüksək sosial-siyasi texnologiyalarla zəngin olan dövlət quruculuğu modeli həyata keçirilir: "Təbii ki, bu modelin təməlində də Azərbaycan vətəndaşı, onun sosial rifah halının yaxşılaşdırılması durur. Son illərin, başqa sözlə desək, postneft dövrünün sərəncam və qərarlarına diqqət yetirsək görərik ki, ölkə başçısının qarşısında duran əsas hədəf Azərbaycan vətəndaşının işlə təmin olunmasıdır. Bunun üçün ölkədə kiçik və orta sahibkarlığa dəstək məqsədilə işlər görüldü. Son iki ildə dövlət tərəfindən aparılan yoxlamaların nəticəsində xeyli  rüşvətxorluq və korrupsiya hallarının qarşısı alındı. Ölkəmiz əmək ehtiyatları ilə zəngin olduğundan yeni iş yerlərinin yaradılması ideyası ortaya qoyuldu və bu sahədə ardıcıl işlər görüldü. Əlbəttə, vətəndaşın işlə təmin olunması ilə paralel olaraq  ölkəyə valyuta axınını sürətləndirmək də əsas hədəflərdəndir. Bu mənada yerli məhsullarımızın dünyaya ixrac olunması, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, eləcə də  idxaldan asılılığın minimuma endirilməsi kimi məsələlər mühüm əhəmiyyət kəsb edir". Millət vəkili bildirib ki, ölkəmizin başçısı cənab İlham Əliyev tez-tez müxtəlif regionlarda səfərdə olur: "Maraqlı məqam ondan ibarətdir ki, ölkə başçısı hər bir regionun malik olduğu iqlim və şəraiti nəzərə alaraq həmin rayonlarda görüləcək işi dəqiqliklə planlaşdırmışdı. Bildiyiniz kimi, Saatlı rayonunda pambıqçılığın inkişafına dair müşavirə keçirildi. Ən birinci məqsəd pambıqçılığın inkişaf etdirilməsi, bununla da ölkədə on minlərlə yeni iş yerlərinin yaradılması, eləcə də ixracı artırmaq idi.  Cənab Prezident bildirdi ki, 2020-ci ilə qədər Azərbaycanda pambıq istehsalı maksimum səviyyəyə çatdırılmalıdır. Bunun nəticəsində də ölkədə 200 mindən çox adam işlə təmin olunacaq. Daha sonra dövlət başçısı Qaxda səfərdə oldu. Burada keçirilən müşavirənin əsas məqsədi fındıqçılığın və tütünçülüyün inkişafı ilə bağlı idi. Azərbaycanın ixrac məhsullarında fındıq önəmli yer tutur. Qaxda keçirilən müşavirənin məqsədlərindən biri  məhz bu oldu ki, xaricdə böyük tələbat duyulan bu cür məhsulların istehsalı daha da artırılmalıdır. Qeyd olundu ki, son iki-üç il ərzində ölkədə fındıq əkini beş dəfə artıb. Bundan sonra fındıqçılığın daha da inkişaf etdirilməsi və bu sahədə idxalın minimuma endirilməsi istiqamətində xeyli işlər görüləcək". Onun sözlərinə görə, Lənkəranda keçirilən müşavirədə çayçılığın, sitrus meyvəçiliyinin, çəltikçiliyin inkişafından bəhs olundu: "Bilirsiniz ki, Azərbaycan düyü məhsullarından çox istifadə edən ölkədir. Hələ ki ölkəmizin istehlak elədiyi düyü məhsulları, istehsal etdiyindən 20 dəfə çoxdur. Bildirildi ki, bundan  sonra Azərbaycanda əhalinin  düyüyə olan tələbatı yerli istehsal hesabına ödənməlidir. Bu gün, həmçinin sitrus meyvələri və çay məhsullarının da idxalı çoxdur. Qarşıya qoyulan əsas məqsəd bu sahələrdə də ixracın artırılmasına nail olmaqdır. Bunun nəticəsində isə ölkəyə gələn vəsaitin həcminin daha da artırılması, insanların işlə təmin olunması məsələsinin həll olunması vacibdir. Fakt üçün qeyd edim ki, bu gün Azərbaycan özünü 100 faiz ət və toyuq məhsulları ilə təmin edir". Deputat əlavə edib ki, dövlət başçısı cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın son 14 ildə Azərbaycanda apardıqları ardıcıl siyasətin mahiyyətində yenə də Azərbaycan vətəndaşı ilə yanaşı, onun təhsil məsələsi xüsusi yer tutur: "Tez-tez yeni məktəblərin açılışına şahid oluruq. Eyni zamanda, ali təhsilin inkişafına yönələn addımlar da qiymətləndirilməlidir. Təbii ki, baş məqsəd təhsilin keyfiyyətidir. Dünyada gedən proseslərə baxanda görürük ki, bir çox inkişaf etmiş ölkələrin heç bir  təbii ehtiyatları yoxdur. Bu ölkələrdə dövlətin sahib olduğu şey məhz onun savadlı kadrlarıdır. Məsələn, Yaponiyanın inkişafını bütün dünya təhlil edir. Bu ölkənin inkişafının birinci səbəbi elmə və təhsilə olan münasibət, ikinci səbəbi isə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsidir. Bu, Azərbaycan üçün də örnək elementlərdir. Tikilən tədris müəssisələri göstərir ki, ölkədə maddi-texniki baza yüksək səviyyədə inkişaf edib. Nümunə üçün demək istəyirəm ki, Moskvanın tanınmış təhsil mərkəzlərinin Bakıda filialları yaradılıb. Çünki onlar etibar edirlər ki, Azərbaycanda təhsilə qoyulan yatırım özünü doğruldacaq".

 Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31