Almaniya hansı yolla gedəcək?

Həftə sonu Almaniya Bundestaqına keçirilən seçkilər və onun nəticələri indi təkcə almanlar tərəfindən deyil, eləcə də bütün avropalılar, hətta digər qitələrin vətəndaşları, rəsmi və qeyri-rəsmi qurumları tərəfindən müzakirə olunur, təhlil edilir. Səbəb seçkilərdə millətçilərin İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq belə nailiyyət əldə etməsidir.

Həftə sonu Almaniya Bundestaqına keçirilən seçkilər və onun nəticələri indi təkcə almanlar tərəfindən deyil, eləcə də bütün avropalılar, hətta digər qitələrin vətəndaşları, rəsmi və qeyri-rəsmi qurumları tərəfindən müzakirə olunur, təhlil edilir. Səbəb seçkilərdə millətçilərin İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq belə nailiyyət əldə etməsidir. Elə Azərbaycanda da Almaniyada keçirilən seçkilər maraqla qarşılanıb. Millət vəkili Zahid Oruc Almaniyada keçirilən seçkilərin nəticələri və bundan sonrakı prosesləri şərh edərkən deyib ki, nasizmin qorxulu tarix olduğunu düşünənlər yanılıblar. Onun sözlərinə görə, ideologiyalar heç vaxt ölmürmüş: 2Onu zamanın yenidən dirilidir və reinkarnasiya edir. Hansı quruluşda istəsən, geridönüş mümkündür. Qalır, getdikcə zəifləyən Amerikanın mövqeləri fonunda Britaniyanın dağıtdığı Birliyi fərqli bir arxitekturada təşkil edib onu güclü hərbi struktura çevirmək. Hərçənd, Marşal planını vaxtilə ikinci dünya müharibəsində qənimət kimi bölünmüş Almaniyanın xilası və qalib Stalininin yeni ərazilər ələ keçirmək istəyinin qarşısını almaq üçün tərtib etmişdilər. Amma o sənəd indi də işə yarayır. Parlament kreslolarının bir çoxunu itirməsinə və koalision ortaqlıq zərurətinə baxmayaraq,"dəmir ledi" federal kansler kimi alman NATO-sunu yarada bilər. Faktiki olaraq, Avropa Birliyinin taleyi daha çox Berlinin seçəcəyi strateji kursdan asılıdır. "Politiken" nəşrində dünən maraqlı bir məqama diqət çəkiblər.Almaniya və Fransa dövlətlərinə hazırda rəhbərlik edən şəxslərin-Merkel və Makronun övladları yoxdur.Lakin alman liderini "mamoçka" deyə çağıranların sayı da az deyil.Təkcə bu sonsuzluq faktına görə "öz xalqları ilə evlənmiş"(ifadə kraliça Annaya məxsusdur) rəhbərləri ötən əsrin tarixi gedişini dəyişdirmiş dünyəvi liderlərə bənzətmək nə qədər doğrudur,bunu demək çox çətindir. Kim bilir,Lenin və Hitler bəşəriyyəti məhv edən siyasətlərini öz övladları üzərindən həyata keçirməkdə davam edərdilərmi?". Millət vəkili bildirib ki, ideyalar uğrunda mübarizənin bitmədiyini Bundestaq uğrunda yarışda "Almaniya üçün alternativ" partiyasının gözlənilən qələbəsi faşizm və ya kommunizm qurmaq istəyənlərin yeni nəslinin meydana çıxdığını sübut etdi: "Doğrudur, sensasiya saydıqları rəngli nəticənin səbəbini sadə bir sosial fenomendə görmək sanki heç kimin ağlına gəlmir-axı radikal millətçilərə səsini verəcəyini açıq demək hər respondentin işi deyil. Tutaq ki,müsəlmanlar almanların dini,milli və vətəndaş hüquqlarına əngəl törədirlər,bəs 82 milyonluq bir xalqı mədəni və mənəvi halından çıxarmaq üçün kiçik bir əhali qruplarının ekspansiyası doğrudanmı,təhlükəli bir həddədir?"

Bəs,Almaniya üçün alternativ nədir? Millət vəkili hesab edir ki, hər halda faşizm deyil: "Çünki,ingilislərin ardınca Avropa Birliyindən çıxmaq,avrodan imtina etmək və Trampın miqrant qadağasını 7 müsəlman ölkəsindən başlamaqla böyük problemləri həll etmək mümkün olmayacaq. Ola bilsin, gəlirləri nisbətən aşağı olan əhali qrupları kənar axınlardan qorunmaq üçün ayrı yol tapmır. Burada "rus izi"ni axtarmağına da dəyməz.Hər yerdə Kremlin agentlərini görmək mərəzi görün, Amerikanı hansı vəziyyətə gətirib? Kiberhücumla Ağ Evin xozeynini təyin etmiş və 310 milyonluq bir xalqa rəhbər sırımış ruslar haqda nağıl az qala paranoyya səviyyəsinə çatıb. Hər halda Putin Merkelə onun amerikalı siyasətçi həmkarıtək yanaşmadığını dəfələrlə sübut edib. Klintona münasibət hara, Ukrayna müharibəsini çiyinlərinə götürmüş kanslerin dəfələrlə çağırışına gedərək nifrət etdiyin Poroşenko ilə üzücü danışıqlara yollanmaq hara!Putini tatami üzərinə heç kəs belə rahatlıqla dəvət edə bilmir. Almaniyadakı son mənzərəni sayı 6 milyona çatan rusdillilərin də ayağına yazmaq olmaz. Hər halda onlar Lenini yaxşı oxuyublar və bolşevik liderinin siyasi görüşlərini pis mənimsəməyiblər.Əgər Marskın vətənində millətçilik və faşizm tüğyan etməyə başlayarsa,çox keçməz "3-cü Romada" da xalq ayağa qalxacaq.Ona görə Jirinovski,Avstriyada York Hayderlə başlayan,Li Penlə davam edən dalğanın növbəti ünvanlara doğru irəliləyəciyini,AvroBirliyinin dağılacağını və yeni dini-milli toqquşmaların qaçılmaz olacağını deyərkən,tam da haqsız görünmür".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31