Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri “Concordia” Sammitinə qatılıb
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) İdarə Heyətinin üzvləri Amerika Birləşmiş Ştatlarının Nyu Yorkda keçirilən “Concordia” Sammitində iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, NGBM-nin dəstəyi ilə baş tutan sammitdə Mərkəzin İdarə Heyətinin üzvləri iştirak edib. Sammit çərçivəsində Mərkəzinin üzvləri qitələrarası əməkdaşlıq, miqrant və qaçqınların dəstəklənməsində özəl sektorun mobilləşdirilməsi, maliyyə, enerji, ticarət, investisiya və digər məsələlərə həsr olunmuş müzakirələrə qatılıb, bir sıra görüşlər keçirib və “Apeal of Conscience” Fondunun təsis etdiyi mükafatın növbəti təntənəli təqdimatında iştirak ediblər.
26 Sentyabr 2017 15:35 SosialNizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) İdarə Heyətinin üzvləri Amerika Birləşmiş Ştatlarının Nyu Yorkda keçirilən "Concordia" Sammitində iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, NGBM-nin dəstəyi ilə baş tutan sammitdə Mərkəzin İdarə Heyətinin üzvləri iştirak edib. Sammit çərçivəsində Mərkəzinin üzvləri qitələrarası əməkdaşlıq, miqrant və qaçqınların dəstəklənməsində özəl sektorun mobilləşdirilməsi, maliyyə, enerji, ticarət, investisiya və digər məsələlərə həsr olunmuş müzakirələrə qatılıb, bir sıra görüşlər keçirib və "Apeal of Conscience" Fondunun təsis etdiyi mükafatın növbəti təntənəli təqdimatında iştirak ediblər.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi tədbir çərcivəsində dünyanın ən böyük transmilli korporasiyalarından sayılan "BlackStone"nun rəhbəri və başqaları ilə görüşlər keçirib. Görüşlərdə mərkəzin fəaliyyəti, əməkdaşlıq imkanları, 2018-cı ildə keçiriləcək VI Qlobal Bakı Forumu ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, hər il sentyabr ayında Nyu-York şəhərində keçirilən "Concordia" Sammitinin məqsədi dünyanın nüfuzlu iş adamları, siyasətçiləri, dövlət və hökumət başçıları, qeyri-hökumət təşkilatlarının liderləri arasında səmərəli tərəfdaşlıq münasibətlərinin qurulmasına şərait yaratmaqdır.