İsveç və Yaponiya universitetlərində "Azərbaycan multikulturalizmi" fənni tədris olunacaq
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi" fənni respublikamızın 42, dünyanın 15 aparıcı universitetində tədris edilir. “Olaylar” bildirir ki, oktyabr ayından başlayaraq bu sıraya daha iki xarici ölkənin nüfuzlu universiteti də əlavə olunur. Bunlardan birincisi İsveçin Malmö Universitetidir. Oktyabr ayından dekabrın sonunadək davam edəcək “Azərbaycan multikulturalizmi” fənnini Malmö Universitetinin Mədəniyyət və Cəmiyyət fakultəsində Bakı Dövlət Universitetinin professoru Kazım Əzimov tədris edəcək.
26 Sentyabr 2017 13:59 SosialBakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi" fənni respublikamızın 42, dünyanın 15 aparıcı universitetində tədris edilir. "Olaylar" bildirir ki, oktyabr ayından başlayaraq bu sıraya daha iki xarici ölkənin nüfuzlu universiteti də əlavə olunur. Bunlardan birincisi İsveçin Malmö Universitetidir. Oktyabr ayından dekabrın sonunadək davam edəcək "Azərbaycan multikulturalizmi" fənnini Malmö Universitetinin Mədəniyyət və Cəmiyyət fakultəsində Bakı Dövlət Universitetinin professoru Kazım Əzimov tədris edəcək.
İkinci universitet isə Yaponiyanın Hokkaydo Universitetidir. "Azərbaycan multikulturalizmi" fənnini Hokkaydo Universitetinin nəzdində fəaliyyət göstərən Slavyan Avrasiya Tədqiqatları Mərkəzində konfliktologiya elmləri üzrə fəlsəfə doktoru Əlibəy Məmmədovun tədris edəcəyi planlaşdırılır.
Hazırda Hindistan, Cənubi Koreya, Serbiya, Fransa və Rumıniya Universitetləri ilə gələcəkdə tədrisin təşkili ilə bağlı danışıqlar aparılır. Sevindirici məqam bundan ibarətdir ki, artıq fənnin tədrisində müəyyən müsbət təcrübə əldə olunub, ötən il nəşr edilən "Azərbayan multikulturalizminin ədəbi-bədii qaynaqları" və bu günlərdə işıq üzü görən "Azərbaycan multikulturalizmi" dərsliyinin istifadəsi də tədrisin keyfiyyətinin daha da yüksələcəyinə inam yaradır. Dünyanın nüfuzlu ölkələri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə müraciət edərək "Azərbaycan multikulturalizmi" fənninin özlərinin aparıcı ali təhsil müəssisəslərində tədrisi məqsədilə təkliflərini irəli sürür, bununla yaxından maraqlanırlar.