"Kürdüstan"ın elan edilməsi Türkiyənin cənub sərhəddinə sədd çəkmək deməkdir

"Kürdüstan" elan olunarsa Suriyanın şimalını işğal edən PKK/PYD-in əraziləri de-fakto "Kürsdüstan"a daxil ediləcək. Və beləcə "kürd dəhlizi'nin yaranması an məsələsi olacaq”.

"Kürdüstan" elan olunarsa Suriyanın şimalını işğal edən PKK/PYD-in əraziləri de-fakto "Kürsdüstan"a daxil ediləcək. Və beləcə "kürd dəhlizichr("39")nin yaranması an məsələsi olacaq". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Cəbrayıl Fərzəliyev səsləndirib. O, bildirib ki, ABŞ-ın əsas hədəfi Şimali İraqdan aralıq dənizinədək kürdlərin nəzarət etdiyi bir dəhliz yaratmaq istəyir: "Suriyanın şimalında PYD güclənməsi də məhz buna hesablanıb. İki il öncəyə qədər İraq sərhədindən başlamış Kobaniyə qədər bölgə PYD-nin əlində idi. Kobanidən başlamış Türkiyənin Öncüpnar sərhəd-keçid məntəqəsinə qədər ərazi İŞİD-in, Öncüpnardan Afrinə qədər olan kiçik ərazi Türkiyənin, Afrin isə yenə PYD-nin nəzarətində idi. Lakin İŞİD şüurlu şəkildə, daha doğrusu, ABŞ-ın istəyi ilə heç bir güllə atmadan Suriyanın mərkəzinə - Rakkaya doğru çəkildi və PYD-nin irəliləməsinə şərait yaratdı. Həmin vaxt Türkiyə "Fərat qalxanı" əməliyyatı ilə Əl-Baba girdi və PYD-nin Fərat çayından keçməsinə imkan vermədi. Beləliklə, "terror dəhlizi" adlanan layihənin qarşısını aldı.
Bir sözlə "Kürdüstan"ın elan edilməsi Türkiyənin cənub sərhəddinə sədd çəkmək deməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31