Mədən və metallurgiya sənayesinin inkişaf perspektivləri

Mədən və metallurgiya sənayesinin hərtərəfli inkişafı,bu əsasda yerli metallurgiya müəssisələrinin idxal xammaldan asılılığının azaldılması və ixrac imkanlarının artırılması Azərbaycanın yeni sənayeləşmə strategiyasının əsas istiqamətlərindən  biridir.Bu kontekstdə Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının təqdimatı ilə bağlı keçirilən müşavirədə Prezident İlham Əliyev tərəfindən ölkə iqtisadiyyatının mühüm istiqamətlərindən biri olan dağ-mədən və metallurgiya sənayesinin keçmişi,mövcud vəziyyəti ətraflı təhlil edilib və gələcək inkişaf perspektivlərindən danışıb..Sözügedən sahələrin inkişafına mane olan obyektiv və subyektiv amillər göstərilib və bu istiqamətdə səylərin artırılması üçün hədəflər müəyyən edilib.Prezident vurğulayıb ki,dağ-mədən və metallurgiya sənayesi ölkə iqtisadiyyatı,xüsusən də qeyri-neft sektorunun inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Bu, kapital tutumlu bir sektor olmaqla yanaşı,ölkəmizdə yeni,müasir sənaye sektoru yaradacaq.Dövlət başçısı dağ-mədən və metallurgiya sənayesinin hərtərəfli inkişafı və səmərəli fəaliyyəti üçün zəruri olan məsələlərdən danışarkən  3 məsələyə xüsusi yer verilib:
     Birincisi,Azərbaycanda 2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafının strategiyasının tam Dəyər Zəncirinin Yaradılması  üzərində qurulması. Bu cür yanaşma təbii resurslar sadəcə xammal (filiz) kimi ixrac etmək yox,dəmir filizi, alüminium, mis və qızılın ölkə daxilində tam emal edilərək yüksək əlavə dəyər yaradan son məhsula çevrilməsini nəzərdə tutur. Bu, yüksək əlavə dəyərə malik məhsulların istehsalına imkan verəcək ki, bu da resursları qlobal bazarlara filiz kimi ixrac etməkdən xeyli sərfəlidir.Proqrqmın qısa müddətli olması,cəmi 4 il ərzində həyata keçirilməsinın nəzərdə tutulyb və dağ-mədən və metallurgiya sahələri sürətlə modernləşdirilərək iqtisadi dövriyyəyə daxil ediləcək.Proqram çərçivəsində filizlərin ölkə daxilində emalı üçün zənginləşdirmə, pelet və breketlənmiş dəmir zavodlarının yaradılması hədəflənir.Filizlərin daşınmasını iqtisadi cəhətdən səmərəli etmək üçün nəqliyyat tariflərində xüsusi güzəştlərin tətbiqi nəzərdə tutulur.
      İkincisi,Proqramın reallaşdırılması prosesində ən qabaqcıl texnologiyalardan istifadə edilməsinin prioritet təşkil etməsi.Bu prioritet, ölkənin iqtisadi potensialını artırmaqla yanaşı, resurslardan səmərəli istifadə və rəqabətqabiliyyətliliyin təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb edir.Dağ-mədən və metallurgiya sənayesində tətbiq oluna biləcək ən qabaqcıl texnologiyalar bir sıra zəruri üstünlüklər gətirəcək. 
    Üçüncüsü,investorların qarşısında ciddi ekoloji tələblərin qoyulması.AZƏRQOLD daxil olmaqla, bütün şirkətlərin fəaliyyəti təbiətin,ətraf mühitin maksimum qorunması prinsipi ilə tənzimlənəcək.Hər bir yeni zavod və ya yatağın işlənməsi layihəsi icra olunmazdan əvvəl ən yüksək səviyyədə ekoloji ekspertizadan keçiriləcək.İstehsalat prosesində hava,su və torpaq resurslarının çirklənməsinin qarşısını alan müasir exnologiyaların tətbiqi məcburi olacaq.Müşavirədə dövlət başçısı tərəfindən xüsusi vurğulanıb ki,standartlara və ekoloji normalara əməl etməyən,habelə üzərinə götürdüyü öhdəlikləri pozan şirkətlərə qarşı dövlət tərəfindən sərt sanksiyaların və cəza tədbirlərinin tətbiq olunacaq.
       "Azərbaycanda 2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı" ölkəmizin mineral resurslarından daha səmərəli istifadə etmək,dağ-mədən,metal filizləri və metallurgiya sənayesini yeni mərhələyə çıxarmaq məqsədi daşıyır.Bu Proqram Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində çox mühüm bir strateji addımdır.Proqram mahiyyət etibarı ilə nəhəng investisiya proqramıdır.Onun reallaşmasına 5,3 milyard manat sərmayə  qoyulması nəzərdə tutulur. Proqramının uğurla icra edilməsi üçün həm dövlət,həm də özəl sektorun resurslarının səfərbər olunması,o cümlədən xarici investorların cəlb edilməsi  nəzərdə tutulur. Müşavirədə qeyd edildiyi kimi, nəzərdə tutulan həmin vəsaitlərin 1,1 milyard manatı dövlət büdcəsindən, 2,2 milyard manatı kreditlər (yəni borc götürülmüş kapital) daxil olmaqla dövlət müəssisələrindən və 2 milyard manatı borc götürülmüş kapital da daxil olmaqla özəl vəsaitlərdən gələcək.Beləliklə, ümumi investisiyanın təxminən 80%-i büdcədənkənar mənbələrdən gələcək.
     Bu əsasda mədən sənayesinin,o cümlədən qiymətli metallar və mis istehsalının mövcud və yeni layihələr vasitəsilə genişləndirilməsi planlaşdırılır:nəticədə mis, qızıl və gümüş ixracının ümumi həcminin 2025-ci ildəki 600 milyon manatdan 2030-cu ildə 1,6 milyard manata çatacağı proqnozlaşdırılıb.
      Dövlət Proqramının icrasının mədən və metallurgiya sənayesi sahələri üzrə göstəricilərinin əhəmiyyətli dərəcədə dəyişəcəyi gözlənilir. Belə ki, yeni Proqam nəticəsində illik 1 milyard manatdan çox əlavə dəyərin yaradılması proqnozlaşdırılır. 
      "Azərbaycanda 2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı" birbaşa regionların sosial-iqtisadi inkişafı strategiyası ilə uzlaşır.Yataqların çoxu bölgələrdə yerləşdiyindən,əsas investisiya və onun birbaşa və multiplikativ effektləri regionlarda reallaşacaq. Birinci növbədə, işğaldan azad edilmiş ərazilərdə-Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən və istismarda olan qızıl,mis,molibden yataqları  işə salınacaq. Bu layihənin reallaşdırılması işğaldan azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə qoşulmasında mühüm rol oynayacaq.Dövlət Proqramının icrası nəticəsində qarşıdakı 4 il ərzində (2027-2030) bu sektorun ölkə iqtisadiyyatındakı çəkisi əhəmiyyətli dərəcədə artacaq.Bu sektorun Ümumi Daxili Məhsula (ÜDM) birbaşa töhfəsinin hazırkı 700 milyon manatdan 1,8 milyard manata çatdırılması hədəflənir. Yaradılacaq yeni sənaye gücləri hesabına sektorun əlavə dəyəri və illik ixrac potensialı 2,6 dəfə artırılaraq 1,3 milyard manatdan 3,4 milyard manata yüksəldiləcək.Regionlarda və xüsusilə işğaldan azad edilmiş ərazilərdə sənaye məşğulluğunu təmin etmək üçün 5 mindən çox daimi yeni iş yerinin açılması nəzərdə tutulur.Proqramın icrası prosesində bu rəqəm arta da bilər...
    Proqramın reallaşmasından büdcəyə vergilər şəklində böyük vəsait daxil olacaq. 
     Ümumilikdə,Azərbaycanda 2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"nda  nəzərdə tutulan tədbirlər dolğun və sistemli şəkildə həyata keçilsə, bu sahənin dəyər zəngiri üzrə komplek inkişafı ölkəmizdə yeni modern sənaye istiqamətinin formalaşmasında,qeyri-neft sektorunun şaxələndirilməsində,regionların inkişafına təkan verilməsində, Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafının daha da sürətlənməsində,yerlədə məşğulluğun dairəsinin genişlənməsində,güclü ixrac potensialı yaradılaraq qeyri neft sektorunun eksport imkanlarının artmasında, dövlət büdcəsinə əlavə gəlirlərin daxil olmasında mühüm rol oynaya bilər.   

  Əli Məsimli Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31