Xoşbəxtlikləri 1 ay çəkdi - Toydan sonra faciə
Türkiyədə ailə faciəsi yaşanıb. Bursa şəhərində ərə getdikdən sonra bədbəxt hadisə nəticəsində xəstəxanaya düşüb 344 gündür müalicə alan gəlin həyatını itirib.
26 Sentyabr 2017 14:24 DünyaTürkiyədə ailə faciəsi yaşanıb. Bursa şəhərində ərə getdikdən sonra bədbəxt hadisə nəticəsində xəstəxanaya düşüb 344 gündür müalicə alan gəlin həyatını itirib.
24 yaşlı Burçak Keskin ötən gün doğulduğu Samsun şəhərində torpağa tapşırılıb. Hadisə ötən ilin oktyabr ayında baş verib. Burçak ailə qurduqdan bir ay sonra marketə gedərkən tikinti işləri aparılan binadan başına iri taxta parçası düşüb. Burçak ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. O, 344 gün müalicə alsa da, həyatını itirib. Həkimlərin dediyinə görə, əri hər gün onun yanına gələrək əlindən tutub, ona dəstək olub. Milli.Az "Hürriyet"ə istinadla xəbər verir.