Qeyri-adi TOY: gəlinliyi 250 uşaq daşıdı, yol bağlandı
Şri-Lankada qeyri-adi toy mərasimi keçirilib. Toyda gəlinin gəlinliyini daşımaq üçün 250 uşaq iştirak edib. Qeyri-adi toy həm də bununla yadda qalıb ki, uzunluğu 2 kilometrə yaxın olan gəlinlik bütün yolun bağlanmasına səbəb olub.
26 Sentyabr 2017 13:35 DünyaŞri-Lankada qeyri-adi toy mərasimi keçirilib. Toyda gəlinin gəlinliyini daşımaq üçün 250 uşaq iştirak edib. Qeyri-adi toy həm də bununla yadda qalıb ki, uzunluğu 2 kilometrə yaxın olan gəlinlik bütün yolun bağlanmasına səbəb olub.
Toy mərasimində iştirak edən uşaqlarla bağlı Milli Uşaq Hüquqlarının Müdafiəsi Təşkilatı iddia qaldırıb. Cütlük azyaşlı uşaqların bu kimi mərasimlərdə istismar olunmasını hüquq pozuntusu hesab edib və qanuni yollarla cütlüyə 10 il müddətinə həbs tələb edib. Həmin toydan maraqlı görüntüləri təqdim edirik. Publika.az "Daily Mail"ə istinadən xəbər verir.

