İqtisadiyyat
Nazirlik vergi ödəyiciləri üçün “YADDAŞ” hazırlayıb
Vergi qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrə əməl etmək hər bir vergi ödəyicisinin borcudur. Lakin müşahidələrin nəticəsi göstərir ki, heç də bütün hallarda vergi ödəyiciləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinə məsuliyyətlə yanaşmır və vergi qanunvericiliyinin tələblərinə tam əməl etmirlər.
Mağazalarda insan orqanizmi üçün təhlükəli olan şor aşkar edilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı insan orqanizmi üçün zərəli məhsul aşkar edilib.
Dollar bahalaşdı
Avqustun 22-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Mərkəzi Bankdan “Olaylar”a verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7009 səviyyəsində formalaşıb.
Azərbaycanın ixrac potensialı artır
Artıq bir neçə ildir ki, Azərbaycanda qeyri-neft sektorunun, əsas etibarilə də kənd təsərrüfatının daha da inkişaf etdirilməsi, yerli istehsalın artırılması prioritet sahələrdən birinə çevrilib. Xüsusilə də kənd təsərrüfatında ənənəvi sahələrin inkişaf etdirilməsi günümüzdə əsas diqqət mərkəzində olan məsələlər sırasındadır.
Uğurlu inkişaf strategiyası
Artıq bir neçə ildir ki, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi əsas prioritetlərdən hesab edilir. Ötən müddət ərzində dövlətin də qeyri-neft sektorunun əsaslı dərəcədə inkişaf etdirilməsində maraqlı olması, bu sahənin inkişafına göstərilən yardım, verilən dəstək sözügedən sektorun müxtəlif istiqamətlərində nəzərə çarpacaq dərəcədə tərəqqiyə gətirib çıxarıb. Xüsusilə, regionlarda bu istiqamətdə daha sürətli proses gedir. Respublikanın müxtəlif bölgələrinə xas olan ənənəvi sahələrin inkişaf etdirilməsi bir tərəfdən qeyri-neft sektorunun inkişafına zəmin yaradırsa, digər tərəfdən yerli tələbatın ödənilməsinə və xaricə valyuta axınının qarşısının alınmasına xidmət edir.
“Neft Daşları” yatağında yeni quyu istismara verilib
“Neft Daşları” yatağındakı 620A nömrəli stasionar dəniz özülündən 2621 nömrəli quyu qazmadan sonra istismara veriib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən fasilə lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul vermiş, 1436-1430 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.
Kənd təsərrüfatı təyinatlı torpaqlarda balıq gölləri, daş karxanaları yaradılır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsi, bu sahədə aşkar edilən pozuntulara qarşı mübarizə aparılması ilə bağlı müvafiq tapşırıqlar verib. Maraqlıdır, hazırda sözügedən tapşırıqların icra vəziyyəti hansı səviyyədədir? Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib ki, müvafiq qanunvericiliyə uyğun olaraq torpaqlardan təyinatına uyğun və səmərəli istifadəsinə nəzarət edilməsi, torpaqların əsassız zəbt olunması, mühafizə zonaları ilə bağlı pozuntuların və qanunsuz tikintilərin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini gücləndirir. İlk olaraq qeyd edilməlidir ki, dövlət əmlakının icarə müqaviləsi olmadan, yəni qeyri-rəsmi olaraq icarəyə verilməsi dövlət əmlakının qeyri-səmərəli istifadəsi deməkdir. Zəbt olunma halı isə dövlət əmlakının qeyri-qanuni zəbt olunaraq şəxsi və sahibkarlıq məqsədləri üçün istifadə etməsi və əlavə olaraq tikintilər aparılması kimi işlər başa düşülür. Komitə tərəfindən respublika ərazisində torpaqlardan əsassız və qanunvericiliyə zidd istifadə halları ilə bağlı mütəmadi monitorinqləri və torpaq reydlər keçirilir. Monitorinqlərin məqsədi torpaqların təyinatdan kənar və əsassız istifadə edilməsi, özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması hallarını müəyyən etməkdir.
Dollar manata nisbətdə ciddi şəkildə bahalaşmayacaq
İki ildir ki, milli valyutamız olan manatın dəyəri dollara nisbətən ciddi şəkildə dəyişmədən qalır. Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra Birləşmiş Ştatlar dollarının əsas gəlirləri neftdən olan ölkələrin milli valyutalarına nisbətən bahalaşması Azərbaycanda bu günə qədər hiss edilməkdədir. Düzdür, ötən müddət ərzində manat dollar qarşısında bir qədər möhkəmlənsə də, lakin hələ də bu valyutalar arasında fərq kifayət qədər böyük olaraq qalır.
Azərbaycanın diplomatik uğurları
Azərbaycanın regionda və beynəlxalq aləmdə artan nüfuzu, ölkəmizə olan maraq rəsmi Bakının hərbi sahə ilə yanaşı, diplomatik sahədə də Ermənistanı üstələməsi ilə nəticələnir. Diplomatik sahədə bir-birinin ardınca uğursuzluqlarla üzləşən, Avropa ilə Rusiya seçimi arasında qalaraq hər hansı bir seçim etməkdə aciz görünən İrəvan çıxış yolunu yenə də ənənəvi təxribat hərəkətlərində görür. Bu dəfə Ermənistan cəbhə xətti ilə yanaşı, diplomatiya sahəsində də təxribat xarakterli gedişlər edərək Azərbaycanın uğurlu xarici siyasət kursuna bu və ya digər formada zərbə vurmağa, Müntəzəm olaraq Avropada, Qərbdə erməni lobbisinin maliyyə dəstəyi ilə işıq üzü görən media qurumlarında Azərbaycanın hər hansı bir dövlətlə münasibətlərinə həsr olunmuş materialların dərc edilməsi (birmənalı olaraq erməni lobbisinin maliyyə dəstəyi ilə çıxan qəzetlərdə Azərbaycanın daha yaxından əməkdaşlıq etdiyi ölkələrlə əməkdaşlığına zərbə vurmağa hesabllanmış yazılar dərc edilir) deyilənlərin əyani sübutudur.
Hökumətin qarşısında duran ən mühüm məsələ qeyri-neft sektorunu inkişaf etdirməkdir
Son illər ərzində neftin qiymətində baş verən dəyişiklik dünyanın bir çox ölkələrinin iqtisadiyyatlarında və büdcələrində problem yaradıb. Təbii ki, bu problemdən Azərbaycan da yan keçə bilməyib. Müstəqil ekspert Həmid Əhmədli deyir ki, Azərbaycan bir neft ölkəsidir və büdcənin böyük hissəsi də demək olar ki, xam neftin satışından gələn gəlirdən ibarətdir. Onun sözlərinə görə, neft qiymətlərinin kəskin azalması Dövlət Neft Fondunun gəlirlərinə təsir göstərib: “Azəri-Çıraq-Günəşli” layihəsindən 2014-cü ildə dövlət 15,18 milyard mənfəət qazanmışdısa, 2015-ci ildə bu göstərici 6,9 milyarda qədər azalıb.
Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb
Azərbaycanda xurma istehsalı və ixracı ilə məşğul olan sahibkarların təşəbbüsü və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub. Bununla bağlı Göyçay rayonunda İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun dəstəyi, Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Göyçay və ətraf rayonlarda xurma istehsalı və ixracı ilə məşğul olan 50-ə yaxın sahibkarın iştirakı ilə tədbir keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, tədbirdə çıxış edən AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev qeyd edib ki, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, bu sahədə ixracın genişləndirilməsi prioritet istiqamətlərdəndir və Azərbaycan Respublikası Prezidentinin "Made in Azerbaijan" brendinin təbliğinə dair 5 oktyabr 2016-cı il tarixli Fərmanı bu baxımdan xüsusilə əhəmiyyətlidir.
Deputat: "Aqrar sahənin iqtisadiyyatımızdakı yeri daha da artacaq"
“Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar sektorun, xüsusilə onun ölkəmizdə ənənəvi sahələri olan pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişaf etdirilməsi məsələsini diqqətdə saxlayır. Prezidentin iştirakı ilə Qaxda keçirilən respublika müşavirəsi bunu bir daha təsdiqləmiş oldu”. Bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
Azərbaycanda nağd pul məxarici xeyli azalıb
Azərbaycanda nağd pul məxarici xeyli azalıb. Bunu vergilər nazirinin müavini İlkin Vəliyev deyib. Nazir müvini qeyd edib ki, "Azərbaycanda "Nağdsız hesablaşmalar haqqında" qanunun tətbiqi öz səmərəli nəticəsini verir: "Belə ki, qanunun tətbiqi nəticəsində iqtisadiyyatın bütün sahələrində nağdsız ödənişlərin dövriyyəsinin artmasına, xərclərin şəffaflığının təmin edilməsinə, gəlirlərin, əməkhaqlarının və digər ödənişlərin leqallaşmasına və digər iqtisadi göstəricilərinin yüksəlməsinə şərait yaranıb.
İstehlakçıların həyatı üçün təhlükə yaradan sahibkarlar
Yay mövsümündə havaların qızması ilə əlaqədar olaraq ölkənin ticarət şəbəkələrində keyfiyyətsiz və insan orqanizmi üçün təhlükəli olan malların satışına tez-tez rast gəlinir. Yararlıq müddəti ötmüş, mənşəyi bəlli olmayan malların satışa çıxarılması bir yana, üstəlik onların saxlanma şəraitinə də diqqət yetirilmir.
Kənd təsərrüfatının inkişafı məşğulluğu artırır
“Qaxda keçirilən müşavirə olduqca əhəmiyyətli və dəyərlidir. Keçirilən müşavirədə ölkə başçısı İlham Əliyev konkret olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında vəzifə qoyub”.














