Hökumətin qarşısında duran ən mühüm məsələ qeyri-neft sektorunu inkişaf etdirməkdir

Son illər ərzində neftin qiymətində baş verən dəyişiklik dünyanın bir çox ölkələrinin iqtisadiyyatlarında və büdcələrində problem yaradıb. Təbii ki, bu problemdən Azərbaycan da yan keçə bilməyib. Müstəqil ekspert Həmid Əhmədli deyir ki, Azərbaycan bir neft ölkəsidir və büdcənin böyük hissəsi də demək olar ki, xam neftin satışından gələn gəlirdən ibarətdir.  Onun sözlərinə görə, neft qiymətlərinin kəskin azalması Dövlət Neft Fondunun gəlirlərinə təsir göstərib: “Azəri-Çıraq-Günəşli” layihəsindən 2014-cü ildə dövlət 15,18 milyard mənfəət qazanmışdısa, 2015-ci ildə bu göstərici 6,9 milyarda qədər azalıb.

Kənd təsərrüfatı, informasiya kommunikasiya texnologiyaları və qeyri-neft sənayesinin böyüməsi hesabına neftdən asılılıqdan tamamən azad olmaq mümkündür

Son illər ərzində neftin qiymətində baş verən dəyişiklik dünyanın bir çox ölkələrinin iqtisadiyyatlarında və büdcələrində problem yaradıb. Təbii ki, bu problemdən Azərbaycan da yan keçə bilməyib. Müstəqil ekspert Həmid Əhmədli deyir ki, Azərbaycan bir neft ölkəsidir və büdcənin böyük hissəsi də demək olar ki, xam neftin satışından gələn gəlirdən ibarətdir.  Onun sözlərinə görə, neft qiymətlərinin kəskin azalması Dövlət Neft Fondunun gəlirlərinə təsir göstərib: "Azəri-Çıraq-Günəşli" layihəsindən 2014-cü ildə dövlət 15,18 milyard mənfəət qazanmışdısa, 2015-ci ildə bu göstərici 6,9 milyarda qədər azalıb. O cümlədən "Şahdəniz" qaz layihəsində gəlirlər kifayət qədər azalıb: 2014-də 523 milyon manata qarşı 2015-də cəmi 323 milyon manat təşkil edib". Ekspert deyib ki, hökumət transferlərdən azad olmağı düşünür ki, bunu üçün qeyri-neft sahələrinin inkişafı, vergi və gömrük orqanlarının daha şəffaf çalışması üçün təxirə salınmaz tədbirlər görülməlidir: " Çünki neftdən asılılıq və azalan neft qiymətləri büdcəmizi daha da kiçildə bilər. Təsadüfi deyil ki, 2016-cı il dövlət büdcəsi 2011- ci ilin büdcəsindən də aşağı olub". Ekspert deyir ki, respublikamızın xarici ticarəti çox şaxəli olmasıyla diqqət çəkir: "Belə ki, müstəqilliyin ilk illərində əsasən ticarət partnyorlarımız MDB ölkələri idisə, bu gün artıq ümumi ticarət dövriyyəsinin 50 faizə yaxını Avropa Birliyi ölkələriylədir.  Lakin neftin qiymətinin iki dəfə çox aşağı düşməsi ölkəmizin ixrac etdiyi neft məhsullarından əldə etdiyi qazancın da kəskin şəkildə azalmasına səbəb olub. Bu gün hökumətin qarşısında ən mühüm məsələ qeyri-neft sektorunu inkişaf etdirməkdir. Əsasən kənd təsərrüfatı, informasiya kommunikasiya texnologiyaları və qeyri-neft sənayesinin böyüməsi hesabına bu asılılıqdan tamamən azad olmaq mümkündür. Lakin bu sadaladığım sahələrin inkişafı müəyyən zaman alacaqdır və bunlar Azərbaycan 2020-Gələcəyə baxış konsepsiyasında qeyd olunub. İdxal olunan malların çeşidlərinə nəzər yetirərkən, ölkəmizdə qeyri-neft sənayesinə böyük tələbatın olduğunu və bunu daxili bazar vasitəsi ilə qarşılaya bilmədiyimizin şahidi oluruq. Digər tərəfdən əhalinin təməl qida maddələri ilə təmin etmək üçün son illərdə böyük istehsal sahələrinin yaradılmasına baxmayaraq yenə də daxili tələbat böyük olduğu üçün ölkə xaricindən bazarlara ərzaq idxal olunur". Həmid Əhmədli onu da diqqətə çatdırıb ki, neft müstəqillik qazandığımız dövrdən bu günədək ölkə iqtisadiyyatının lokomotivi olub: "Həm ümumi daxili məhsulun, həm də büdcənin formalaşmasında neft pullarının rolu böyükdür. Hər il büdcəyə neft fondundan böyük miqdarda transferlər gerçəkləşdirilir. Böyük neft pulları hesabına ölkədə tikinti, təhsil, səhiyyə, qeyri-neft sektoru və s. sahələrdə inkişaf baş verib  Azərbaycanda neft hasilatı 2011-ci ildən azalmağa başlayıb. 2025-ci ilə qədər karbohidrogenlerin qiymətlərinin kiçik templə artacağina dair proqnozlar var. Bu isə resurslardan asılı olan ölkələrə, monoton iqtisadiyyatlı ölkələrə zərbə vuran amildir". Ekspert qeyd edib ki, qonşu Xəzəryanı ölkələrlə müqayisə etdikdə Azərbaycan ən az enerji resurslarına malik olan ölkədir: "Əgər biz yaxın və orta perspektivə baxsaq, Azərbaycanın yaxın 10 ildə orta neft hasilatı təqribən 30 milyon ton civarında olacaq. Ancaq digər Xəzəryanı ökələrdə isə neft hasilatı durmadan artacaq (əsasən də İran, Qazaxıstan və Türkmənistanda). Düzdür, Azərbaycan neftdən qaza meyl edir və artıq gələn onilliyin ortasında özünü bir qaz ölkəsi kimi görür. Ancaq Xəzəryanı ölkələr sırasında bizi İran, Rusiya və Türkmənistan kimi dünya qaz nəhəngləri əhatə edir və biz heç zaman nə qaz ehtiyatlarımız, nə də qaz hasilatımızla özümüzü onlarla müqayisə edə bilmərik. Onlar yaxın beşillikdə yalnız  hasilatı artırmaqla qiymətlərin enməsinin yaratdığı maliyyə çətinliklərini aradan qaldıra bilərlər. Bizdə isə bu imkan yoxdur. 2020-ci ildə Qazaxistanda neft hasilatı 92 milyon ton, Türkmənistanda isə 20 milyon ton səviyyəsində proqnozlaşdırılır. Azərbaycan isə göstərilən il ərzində təqribən 35 milyon ton neft hasil edəcək. Digər tərəfdən ölkəmiz 2020-ci ildən qaz ixrac etməyə başlayacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri TAP kəməri ilə Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. Ancaq bu məsələ, yəni tarix şərtidir, çünki Avropada yeni qaz alıcıları ilə heç bir müqavilə imzalanmayıb. Nəzərə alsaq ki, qazın bazar qiyməti neftdən asılıdır, onda bu o deməkdir ki, qazın qiyməti də bazarda ucuz olacaq və qoyulan kapital xərclərinin geri qayıtma müddəti  nəzərdə tutulduğundan xeyli uzanacaq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31