Nazirlik vergi ödəyiciləri üçün “YADDAŞ” hazırlayıb

Vergi qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrə əməl etmək hər bir vergi ödəyicisinin borcudur. Lakin müşahidələrin nəticəsi göstərir ki, heç də bütün hallarda vergi ödəyiciləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinə məsuliyyətlə yanaşmır və vergi qanunvericiliyinin tələblərinə tam əməl etmirlər.

Vergi qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrə əməl etmək hər bir vergi ödəyicisinin borcudur. Lakin müşahidələrin nəticəsi göstərir ki, heç də bütün hallarda vergi ödəyiciləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinə məsuliyyətlə yanaşmır və vergi qanunvericiliyinin tələblərinə tam əməl etmirlər. Bu da son nəticədə onlara qarşı inzibati cərimə və maliyyə sanksiyaları tətbiq edilməsi ilə nəticələnir. Vergilər Nazirliyi bu kimi halları nəzərə alaraq vergi hüquqpozmalarına qarşı tətbiq edilən məsuliyyət tədbirləri haqqında "YADDAŞ" hazırlayıb. "YADDAŞ"ın hazırlanmasının məqsədi də belə halların qarşısının alınmasına xidmət edir. Vergi ödəyiciləri bu yaddaşdan istifadə etməklə vergilərlə bağlı hansı vəzifələrə malik olduqları və həmin vəzifələri vaxtında yerinə yetirmədikdə tətbiq olunan cərimə və maliyyə sanksiyaları barədə məlumat əldə edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31