Kənd təsərrüfatının inkişafı məşğulluğu artırır 

“Qaxda keçirilən müşavirə olduqca əhəmiyyətli və dəyərlidir. Keçirilən müşavirədə ölkə başçısı İlham Əliyev konkret olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında vəzifə qoyub”.

"Qaxda keçirilən müşavirə olduqca əhəmiyyətli və dəyərlidir. Keçirilən müşavirədə ölkə başçısı İlham Əliyev konkret olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında vəzifə qoyub". Bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi İmran Cümşüdov SİA - ya açıqlamasında bildirib. Onun sözlərinə görə, tütünçülüyün inkişafı ilə bağlı qəbul edilən Dövlət Proqramı bunu deməyə əsas verir. Baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişafı ölkəmiz üçün vaciib məsələlərdəndir. Bu sahələr iqtisadi baxımdan faydalı sahələr olmaqla yanaşı ənənəvi istehsal sahələridir. Həmçinin insanların işlə təmin olunması baxımından məşğulluğun artırılması istiqamətində mühüm addımdır. Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində geniş potensial, həmçinin dövlət dəstəyi var. Tütünçülüyün inkişafı ilə bağlı qəbul edilən Dövlət Proqramında bu sahənin inkişafı ilə bağlı bütün işlər öz əksini tapıbdı. Hər bir qurum öz üzərinə düşən işi görür. Baramaçılıq, tütünçülük, fındıqçılıq sahələrinə ölkə başçısının göstərdiyi diqqət və qayğısı nəticəsində verilən tapşırıqlar deməyə əsas verir ki, bu sahələr yenidən dirçələcək.

Pambıqçılıqla bağlı konkret olaraq Dövlət Proqramları qəbul olundu və qarşıya vəzifələr qoyuldu həmin vəzifələr artıq icra edilir. 2017- ci ildə pambıqçılığın inkişafı ilə bağlı tədbirlər planı hazırlandı. Tədbirlər planında işin icra prosesinin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Keçən il 51 min hektar pambıq əkin sahəsi həyata keçirildiyi halda, bu il 136 min hektarda pambıq əkini əkilib". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31