Azərbaycanın diplomatik uğurları

Azərbaycanın regionda və beynəlxalq aləmdə artan nüfuzu, ölkəmizə olan maraq rəsmi Bakının hərbi sahə ilə yanaşı, diplomatik sahədə də Ermənistanı üstələməsi ilə nəticələnir. Diplomatik sahədə bir-birinin ardınca uğursuzluqlarla üzləşən, Avropa ilə Rusiya seçimi arasında qalaraq hər hansı bir seçim etməkdə aciz görünən İrəvan çıxış yolunu yenə də ənənəvi təxribat hərəkətlərində görür. Bu dəfə Ermənistan cəbhə xətti ilə yanaşı, diplomatiya sahəsində də təxribat xarakterli gedişlər edərək Azərbaycanın uğurlu xarici siyasət kursuna bu və ya digər formada zərbə vurmağa, Müntəzəm olaraq Avropada, Qərbdə erməni lobbisinin maliyyə dəstəyi ilə işıq üzü görən media qurumlarında Azərbaycanın hər hansı bir dövlətlə münasibətlərinə həsr olunmuş materialların dərc edilməsi (birmənalı olaraq erməni lobbisinin maliyyə dəstəyi ilə çıxan qəzetlərdə Azərbaycanın daha yaxından əməkdaşlıq etdiyi ölkələrlə əməkdaşlığına zərbə vurmağa hesabllanmış yazılar dərc edilir) deyilənlərin əyani sübutudur.

Və erməni lobbisinin bu uğurlara zərbə vurmaq cəhdləri

Azərbaycanın regionda və beynəlxalq aləmdə artan nüfuzu, ölkəmizə olan maraq rəsmi Bakının hərbi sahə ilə yanaşı, diplomatik sahədə də Ermənistanı üstələməsi ilə nəticələnir. Diplomatik sahədə bir-birinin ardınca uğursuzluqlarla üzləşən, Avropa ilə Rusiya seçimi arasında qalaraq hər hansı bir seçim etməkdə aciz görünən İrəvan çıxış yolunu yenə də ənənəvi təxribat hərəkətlərində görür. Bu dəfə Ermənistan cəbhə xətti ilə yanaşı, diplomatiya sahəsində də təxribat xarakterli gedişlər edərək Azərbaycanın uğurlu xarici siyasət kursuna bu və ya digər formada zərbə vurmağa, Müntəzəm olaraq Avropada, Qərbdə erməni lobbisinin maliyyə dəstəyi ilə işıq üzü görən media qurumlarında Azərbaycanın hər hansı bir dövlətlə münasibətlərinə həsr olunmuş materialların dərc edilməsi (birmənalı olaraq erməni lobbisinin maliyyə dəstəyi ilə çıxan qəzetlərdə Azərbaycanın daha yaxından əməkdaşlıq etdiyi ölkələrlə əməkdaşlığına zərbə vurmağa hesabllanmış yazılar dərc edilir) deyilənlərin əyani sübutudur. Bu istiqamətdə erməni lobbisi əsasən Azərbaycanla yanaşı 3 ölkəni hədəf seçib. Birləşmiş Ştatlar, Rusiya Federasiyası və İsrail dövləti. Son iki ayda Avropada, eləcə də sözügedən ölkələrdə erməni lobbisinin təsiri altında olan mətbu orqanlarda dərc edilən materialların hədəfi əsasən Azərbaycanla münasibətlərə zərbə vurmağa hesablanıb. Bu isə bir neçə amillə əlaqədardır. Birləşmiş Ştatlar amilinə gəlincə, bu yeni Ağ Ev rəhbərinin Azərbaycanla əməkdaşlığa daha çox maraqlı görünməsi ilə bağlıdır ki, bu da Ermənistanı, eləcə də eeməni lobbisini ciddi narahat edir. Xüsusilə, Ağ Ev rəhbəri Donald Trampın may ayı ərzində iki dəfə Azərbaycan prezidentinə məktub göndərməsi və Vaşinqtonun Bakı ilə münasibətləri inkişaf etdirməyə maraqlı olduğunu ifadə etməsi İrəvanda ciddi narahatçılıq yaradıb. Rusiya Federasiyasına gəlincə, erməni lobbisi hər zaman Azərbaycanın şimal qonşusu ilə münasibətlərinə zərbə vurmağa çalışıb. Xüsusilə, Vladimir Putinlə İlham Əliyevin Soçidə bir araya gəlməsindən sonra erməni lobbisi bu istiqamətdə işi sürətləndirib.

Nəhayət, Azərbaycanın İsraillə əlaqələrinə zərbə vurmaq cəhdi isə Bakı ilə Təl-Əviv arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsindən irəli gəlir. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də belə düşünür. O, bildirib ki, son vaxtlar İsrailin bəzi mətbuat orqanlarında Azərbaycan əleyhinə, xüsusilə iki ölkənin hərbi əməkdaşlığını hədəfə alan məqalələrin dərc olunması, Birləşmiş Ştatlarda fəaliyyət göstərən erməni lobbisinin fəaliyyətinin nəticəsidir. Politoloqun sözlərinə görə. Təl-Əvivlə Bakı arasında siyasi-hərbi əlaqələr iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir: "Həmçinin, bu əməkdaşlıq iki ölkə arasında ticari-iqtisadi inkişafa söykənir. Qeyd edim ki, İsrail ölkəmizi müasir hərbi texnikalarla təchiz edir və onların birgə istehsalında köməyini əsirgəmir. Aprel hərbi eskalasiyasında, məhz İsrail istehsallı kamikadze dronların və digər silahların tətbiqi nəticəsində ermənilər ciddi itkilər verərək, panikaya düşmüşdülər. Hazırda Ermənistanın siyasi-hərbi rəhbərliyi və xaricdə "erməni lobbisi" çalışır ki, Bakı və Təl-Əviv əlaqlərinə kölgə salsın və İsrailin silah ticarətində Azərbaycanla əlaqlərinə zərbə vurulsun. Xüsusi olaraq, bu istiqamətdə Birləşmiş Ştatlardakı "erməni lobbisi" burada "Yəhudi lobbisi" ilə mümkün danışıqlara getmək üçün əlaqələri işə salıb. Maksimum çalışılır ki, Yəhudi dövləti ilə Azərbaycan arasında konforantasiya yaşansın". Məhəmməd Əsədullazadə qeyd edib ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi Birləşmiş Ştatların diqqətini çəkmək üçün Gürcüstanda NATO-nun tədbirlərinə qatıldı: " Qeyd edim ki, Ermənistanın "Layiqli tərəfdaş-2012" kod adlı NATO təlimlərində iştirakı, birbaşa okeanın otayından "lobbinin" göstərşidir.  Ermənistan həm Kremldən, həmçinin ABŞ-da "lobbi" tərəfindən idarə olunur. Ermənistanın bu reveransları təbii ki, regionda Birləşmiş Ştatların ciddi dəstəyini almağa hesablanıb. Amerikayla Rusiya arasında yaşanan siyasi savaşda, Rusiyanın strateji müttəfiqi olan Ermənistanın manevrləri, Birləşmiş Ştatların mümkün təzyiqlərindən qorunmaq və Qərblə dialoq və tərəfdaşlıq görüntüsü yaratmaqdır". Politoloq onu da qeyd edib ki,  Ermənistanı narahat edən İsrail-Azərbaycan hərbi əməkdaşlığına qarşı aparılan kampaniya çox cididdir: "Onlar sona qədər bu istiqamətdə çalışacaqlar ki, vəziyyət böhranlaşsın. Azərbaycan rəsmiləri çalışmalıdır ki, İsraillə əlaqələr yüksək səviyyədə saxlanılsın, hərbi əməkdaşlıq yüksək səviyyədə təşkil olunsun. Həmçinin İsraildə Azərbaycanın səfirliyi açılsın".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31