İqtisadiyyat
Enerji şaxələndirilməsi istiqamətində qətiyyətli addımlar - TƏHLİL
Bəlli olduğu kimi, ötən ay Türkiyənin İstanbul şəhərində 22-ci Dünya Neft Konqresi keçirildi və bu toplantıda Azərbaycanın neft-qaz ixracatçısı olan ölkələr sırasındakı özünəməxsus yeri və rolu bir daha öz təsdiqini tapdı və heç şübhəsiz ki, bu da təsadüfi deyil. Məhz bu rol Azərbaycanın beynəlxalq çəkisinə də müstəsna təsir göstərir.
Azərbaycanın imicinə xələl gətirən turizm şirkətləri
Dünya iqtisadiyyatında baş verən təlatüm ayrı-ayrı ölkələrdə qeyri-neft sektorunun inkişafını zəruri edib. Qeyri-neft sektoru içərisində turizm sahəsi xüsusi əhəmiyyətə malikdir ki, hər bir ölkəyə bu sahəni inkişaf etdirmək nəsib olmayıb. Azərbaycanın isə iqlim şəraiti, coğrafi mövqeyi, təbii ehtiyatları və mədəniyyət nümunələri turizm sahəsinin inkişafına şərait yaradır.
“Coca-Cola” dünyanın ən məsuliyyətli şirkətləri sırasında yer alıb
Korporativ sosial məsuliyyət üzrə dünyanın ən qabaqcıl və tanınmış nəşrlərindən olan “Korporativ Məsuliyyət” jurnalı (“Corporate Responsibility Magazine”) 2017-ci ilin 100 ən Yaxşı Korporativ Vətəndaş siyahısını açıqlayıb.
“Neft Daşları”nda estakada təmir olunub
SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft daşları” yatağındakı 606 və 1702 saylı meydançalararası estakadanın əsaslı təmir işlərini başa çatdırıb.
Nazir: Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi sentyabrda başa çatacaq
İnterpol daha bir azərbaycanlını axtarışa verdi
İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib. Axtarışa verilən Azərbaycan vətəndaşı Rüfət Hökmalıyev dələduzluqda təqsirləndirilir. 1977-ci il təvəllüdlü R.Hökmalıyev Azərbaycanın məhkəmə orqanı tərəfindən istintaqa cəlb edilsə də, o, istintaqdan yayınıb.
İqtisadiyyat naziri Astarada vətəndaşları qəbul edəcək
Avqustun 31-də İqtisadiyyat naziri Şahin Mustafayev Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: Astara rayonu, Azərbaycan küçəsi, 26D) keçiriləcək.
Azərbaycan göndərilən spamın sayına görə qlobal reytinqdə 70-ci yerdədir
Azərbaycan göndərilən spamın sayına görə qlobal reytinqdə 70-ci yerdədir. Bu barədə "Kaspersky Lab"ın analitik hesabatında deyilir.
Vətəndaşlar diqqətli olmalıdır
"Dünən hərbi hissədə baş vermiş yanğın arzuolunmaz haldır. Hadisə ilə əlaqədar dövlət başçısı komissiya yaratmaq üçün sərəncam imzalayıb. Komissiyanın tərkibinə müxtəlif sahələri əhatə edən mütəxəssislər cəlb olunubdur". Bu sözləri millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, baş Prokrurluqda da məsələylə bağlı cinayət işi açılıb: "Komissiyya tam dəqiqliklə hadisənin baş vermə səbəblərini araşdıracaq və işə məsuliyyətsiz yanaşan şəxslər haqqında ölçü götürüləcəkdir.
DYP-dan sürücülərə XƏBƏRDARLIQ
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi bütün növ yük və avtobus tipli avtomobillərin texniki baxışdan keçməsi ilə bağlı xəbərdarlıq edib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya bildirib ki, bütün növ yük və avtobus tipli avtomobillər təyin edilmiş qrafikə uyğun qaydada texniki baxışdan keçməlidir: “Avqustun 1-dən bütün növ yük və avtobus tipli avtomobillərin texniki baxışdan keçirilməsinə başlanılıb. Hazırda Daxili İşlər Nazirliyinin Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzi bu tipli avtomobillərin texniki baxışdan keçirilməsinə start verib.
Tovuzda istehlakçı hüquqlarına dair konfrans keçirilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə avqustun 25-də növbəti maarifləndirici Konfrans Tovuzda keçirilib.İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda 100-dən çox istehlakçının iştirakı ilə keçirilən Konfransda istehlakçı hüquqlarının qorunması sahəsində qanunvericilik, hər bir istehlakçının bilməli olduğu aktual məsələlər barədə məlumat verilib, Dövlət Xidməti tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri diqqətə çatdırılıb.
Hüquq müdafiəçisi: Testdən yüksək balının toplanması qabiliyyətdir, bilik göstəricisi deyil
Azərbaycanda test sisteminin ləğv olunması ilə bağlı fikirlər haçalanmaqdadır. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, test sisteminə neqativ münasibəti ciddi qənaətlərinə əsaslanır: “Neçə illərdir dövlət qulluğu üzrə müsahibə komissiyasının üzvü olmuşam.
Dollar yenidən kəskin bahalaşacaq- Amerikadan təhlükəli proqnoz
Şahin Mustafayevin qəbul vaxtı dəyişdirilib
İqtisadiyyat naziri Şahin Mustafayevin avqustun 15-də Astarada keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir. Məlumatda deyilir ki, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Vergidən yayınma faktları aşkarlanıb
Vergilər Nazirliyinin iyul ayı ərzində həyata keçirdiyi araşdırmalar zamanı vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatlarda kifayət qədər risklərin yaranması halları aşkar edilib.Nazirlikdən “Olaylar”a verilən mlumata görə, bəzi vergi ödəyiciləri tərəfindən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə elektron qaimə-fakturaların verilmədiyi, malların (işlərin, xidmətlərin) satılmasına baxmayaraq, həmin əməliyyatlara görə vergilərin dövlət büdcəsinə ödənilmədiyi, satışdan əldə edilmiş pul vəsaitlərinin uçota alınmadığı, «Nağdsız hesablaşmalar haqqında» Qanunun tələblərinə əməl edilmədiyi və bir sıra pozuntulara yol verildiyi müəyyən edilib. Bəzi hallarda isə vergi ödəyiciləri heç bir təsərrüfat subyekti (anbarı, mağazası və s.) olmadığı halda, aldıqları (idxal etdikləri) malların satışını vergiyə cəlb etməyərək, həmin malları «mal qalığı» kimi göstərirlər.














