Tovuzda istehlakçı hüquqlarına dair konfrans keçirilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə avqustun 25-də növbəti maarifləndirici Konfrans Tovuzda keçirilib.İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda 100-dən çox istehlakçının iştirakı ilə keçirilən Konfransda istehlakçı hüquqlarının qorunması sahəsində qanunvericilik, hər bir istehlakçının bilməli olduğu aktual məsələlər barədə məlumat verilib, Dövlət Xidməti tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri diqqətə çatdırılıb.
25 Avqust 2017 15:30 İqtisadiyyatİqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə avqustun 25-də növbəti maarifləndirici Konfrans Tovuzda keçirilib.İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda 100-dən çox istehlakçının iştirakı ilə keçirilən Konfransda istehlakçı hüquqlarının qorunması sahəsində qanunvericilik, hər bir istehlakçının bilməli olduğu aktual məsələlər barədə məlumat verilib, Dövlət Xidməti tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri diqqətə çatdırılıb. Bildirilib ki, istehlakçıların maarifləndirilməsi məqsədilə Dövlət Xidməti tərəfindən mütəmadi olaraq konfrans və seminarlar, dəyirmi masalar təşkil edilir, istehlakçı hüquqları barədə maarifləndirici məlumatlar yayılır, ticarət və ictimai-iaşə obyektlərinin xidmət personalı üçün təlimlər keçirilir, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda bukletlər, yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq istehlakçılara paylanılır. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq, istehlak bazarında mal və xidmətlərin keyfiyyəti ilə yanaşı, istehlakçı fəallığı yüksəlib, istehlakçı hüquqlarının müdafiəsində ictimai nəzarətin rolu artıb. Həmin gün həmçinin, Tovuzda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün "Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusunda seminar keçirilib.