İqtisadiyyat
Azərbaycanda bəzi turistlər "qara siyahı"ya salınacaq
“Azərbaycan Turizm Assosiasiyası (AZTA) "qara siyahı"sını bərpa edəcək. Bu siyahıya bütün turizm sənayesi iştirakçıları – tələbləri pozan turizm şirkətləri, otellər, aviaşirkətlər və hətta arzuolunmaz turistlər də daxil ediləcək”.
Ceyhan limanından 2,5 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb
2017-ci ilin avqust ayı ərzində 2 milyon 531 min 737 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 733 min 485 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edilib.
Keçən ay BTC kəməri ilə 2,5 milyon ton Azərbaycan nefti nəql olunub
2017-ci ilin avqust ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 484 min 700 ton Azərbaycan nefti nəql olunub. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, cari ilin yanvar- avqust aylarında bu kəmərlə 18 milyon 62 min 280 ton neft ötürülüb.Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il sentyabr ayının 1-ə qədər BTC-yə 339 milyon 600 min 342 ton neft vurulub.
Azərbaycan-AYİB əlaqələri müzakirə edilib
Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti iqtisadiyyat naziri, AYİB-də Azərbaycandan müdir Şahin Mustafayev ilə görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycanla AYİB arasında əməkdaşlıq, AYİB-in maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən mövcud və prioritet layihələr, eləcə də əlaqələrin daha da dərinləşdirilməsinə dair müzakirələr aparılıb.
Nazirlik: Qiymətləri tənzimlənmiş dərmanların fərqli qiymətə satışı qadağandır
"Dərman vasitələri haqqında" qanununa əsasən, qiymətləri tənzimlənmiş dərman vasitələrinin istehlakçılara fərqli qiymətlərlə satışı qadağandır. Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib. Məlumatda qeyd edilib ki, dərman vasitələrinin təsdiq edilmiş qiymətlərdən aşağı və ya yuxarı qiymətlərlə satışına görə İnzibati Xətalar Məcəlləsində vəzifəli şəxslərə 1000 manatdan 1500 manatadək, hüquqi şəxslərə 3000 manatdan 5000 manatadək cərimə nəzərdə tutulur.
Neft amilindən asılılıq aradan qalxır
Regionların, ümumilikdə isə dövlətin inkişafında yeni dinamika, inkişaf tendensiyası müşahidə edilir. Bu tendensiyada isə əsas diqqət təbii ki, uzun illərdən bəri əsas prioritet olan qeyri-neft sektoruna ayrılır. Daha dəqiq desək qeyri-neft sektorunun mühüm istiqamətlərindən sayılan kənd təsərrüfatına. Artıq iki ilə yaxındır ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində radikal, məqsədyönlü addımlar atılır. Xüsusilə, bu məsələdə ənənəvi və ayrı-ayrı regionlar üzrə spesifik sahələrin müəyyən edilməsi diqqət çəkicidir.
Bakıda maşın bazarında SON DURUM - Qiymətlər ucuzlaşa bilər
Avqust ayı ərzində həm ənənəvi maşın bazarında, həm də “online” maşın satışında aktivlik aşağı səviyyədə olub. Bu barədə daşınmaz əmlak üzrə ekspert Vaqif Hüseynov deyib.
Ənənəvi məhsul növlərinin istehsal imkanlarının genişləndirilməsi....
Ölkə Prezidentinin son günlərdə bölgələrə səfəri zamanı müzakirə olunan əsas məsələ yerlərdə kənd təsərrüfatı məhsullarının istehsallını artırmaq və ərzaq təhklükəsizliyi ilə bağlı məsələləri əsaslı şəkildə həll etməkdən ibarətdir. Digər mühüm vəzifə isə idxalı əvəz etməklə bərabər ixrac imkanlarını genişlıəndirməkdən ibarətdir. Burada qarşıya qoyulan vəzifə olduqca mühümdür.
Putin: Mumbaydan gələn və Azərbaycan ərazisi ilə keçən konteynerlər Sankt-Peterburqa çatıb
Mumbaydan gələn və İranla Azərbaycan ərazisi ilə keçən konteynerlərin birinci partiyası Sankt-Peterburqa çatıb və əks istiqamətdə də hərəkət edib. Bunu Rusiya Prezidenti Vladimir Putin Çində mətbuat konfransı zamanı "İpək yolu" haqqında suala cavab verərkən deyib.
Neft hasilatı ilə bağlı məlumat açıqlanıb
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycan cari ilin iyul ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, məlumatlara əsasən, cari ilin iyul ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 796,7 min barrel olub. Bunun 745,1 min barrelini xam neft, 51,6 min barrelini kondensat təşkil edib.
"Elektroenergetika haqqında" yeni qanun layihəsi hazırlanır
"Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanının 4.2 bəndində və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 7 aprel tarixli 243s nömrəli Sərəncamının 2.1-ci bəndində "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun yeni layihəsinin hazırlanması tapşırığı verilib. Bu tapşırığın icrasını təmin etmək məqsədi ilə 2017-ci il 25 iyul tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyinin 2017-ci il 3 iyul tarixli 25 nömrəli Əmri ilə yaradılmış İşçi Qrupun 2-ci iclası keçirilmişdir.
Sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Tərtər rayonunda sahibkarlardan prioritet hesab olunan investisiya layihələrinin qəbuluna başlayıb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, fond iş adamlarından intensiv bağçılıq (alma, gilas, xırnik, ərik), üzümçülük və kiçik cins heyvandarlıq təsərrüfatlarının, kiçik pendir istehsalı müəssisəsinin və 3 ulduzlu otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib. Sahibkarlar bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.
Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur
Son illər Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub desək yanılmarıq. Qeyri-neft sektorunda mühüm istiqamətlərdən olan kənd təsərrüfatının inkişafının prioritet hesab edildiyi respublikada ötən müddət ərzində görülən işlər, həyata keçirilən islahatlar öz məntiqi nəticəsini verməkdədir. Bunu isə şərtləndirən əsas amillərdən biri hər region üzrə spesifik olan sahələrin müəyyənləşdirilməsi və həmin sahələrin inkişafına diqqətin artırılmasıdır. Əgər Aran zonası üzrə pambıqçılıq ənənəvi, spesifik sahə hesab olunursa, şimal-qərb zonasında bu sırada tütünçülük, baramaçılıq və fındıqçılıq mühüm yer tutur. Yaxud şimal zonası əsasən meyvəçiliklə diqqət çəkdiyi halda, cənub zonasında çayçılıq, çəltikçilik və sitrus meyvələrinin əkilib becərilməsi üçün münbit şərait mövcuddur.
Gürcüstan 2,5 milyondan çox turist qəbul edib
2016-cı ildə Gürcüstanın mehmanxana və mehmanxana tipli müəssisələri 2,5 milyondan çox ziyarətçiyə xidmət göstərib ki, bu da 2015-ci ilin göstəricisindən 37% çoxdur.
İqtisadiyyat naziri Astarada vətəndaşları qəbul edib
Avqustun 31-də İqtisadiyyat naziri Şahin Mustafayev Astarada Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşları qəbul edib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, vətəndaşlara müraciət etdikləri məsələlərlə bağlı lazımi izahatlar və məlumatlar verilib, bir sıra məsələlər yerindəcə həll edilib.














