İqtisadiyyat
Azərbaycan iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyur
Artıq bir xeyli müddətdir ki, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. Xüsusilə, bu sektorda mühüm istiqamət təşkil edən kənd təsərrüfatının daha da inkişaf etdirilməsi bu gün Azərbaycan dövlətinin qarşısında duran prioritet vəzifələr sırasındadır.
Ölkəmizin böyük turizm potensialı var
Son illər qeyri-neft sektorunun mühüm istiqamətlərindən biri olan turizm sahəsində də ciddi addımlar atılır, bu sahənin daha da inkişaf etdirilməsi üçün kompleks tədbirlər həyata keçirilir. Ancaq onu da qeyd etmək yerinə düşər ki, turizm sahəsinə nə qədər diqqət göstərilsə də, hələ də bu sahədə müəyyən nöqsanlar qalmaqdadır.
“Neft Daşları”nda estakada əsaslı təmir edilib
SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft daşları” yatağındakı 1637 və 1956 saylı meydançalararası estakadanın əsaslı təmir işlərini başa çatdırıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, 1050 metr uzunluğundakı estakadada əsaslı təmir işləri zamanı 364 ədəd svay vurulub, 133 ədəd rigel proqon, 120 ədəd ferma, 613 ədəd dəmir-beton tava və 433 ədəd suüstü əlaqə quraşdırılıb.
Manatın məzənnəsini dəqiq proqnozlaşdırmaq qeyri-mümkündür
Son bir neçə ay ərzində manatın digər valyutalara nisbətdə məzənnəsində elə də ciddi dəyişikliyin olmamasına baxmayaraq, ölkəyə idxal olunan məhsulların qiymətində artım mühaşidə olunmaqdadır. Demək olar ki, 2017-ci il ərzində müəyyən ərzaq və digər məhsulların qiymətində artım müşahidə olunub. Bu isə istər–istəməz manatın gələcək taleyini risk altında qoyur və bu da öz növbəsində, iş adamlarında, istehlakçıda çox ciddi narahatlığa yol açır. Digər əsas məqam isə iş adamları hansısa işi görmək və ya maliyyə əməliyyatı keçirən zaman banklardakı şəxsi vəsaitlərindən istifadə etməkdə üzləşdikləri çətinliklərdir. Belə ki, banklar iş adamlarına və fiziki şəxslərə pullarını verməməklə yanaşı, köçürmələrdə də ciddi anlaşılmazlıqlar yaradır. Hazırda hamını narahat edən əsas suallardan biri manatın gələcək taleyi ilə bağlıdır. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Əli Məsimli bildirib ki, manatın məzənnəsinə çox amil təsir edir.
FED uçot dərəcəsini 0%-ə endirərsə, nə baş verəcək?
ABŞ Federal Ehtiyat Sistemi (FED) bir neçə ay ərzində yenidən uçot dərəcəsini 0%-ə endirə və monetar ekspansiyaya başlaya bilməsi xəbərindən sonra digər aparıcı valyutaların, o cümlədən milli pulun kursunun və eləcə də strateji məhsulların qiymətinin necə dəyişəcəyi məsələsi daha da aktuallaşıb. Bu baş verərsə nələr dəyişəcək? Məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Tramp Administrasiyası ABŞ-ın ixrac imkanlarının genişləndirilməsi üçün ucuz dollarda maraqlıdır. Ağ Ev “xarici ticarət savaşında” ucuz dollar ilə ixrac həcmini artırmaq və Birləşmiş Ştatlara idxalın həcmini azaltmağı hədəfləyir. FED-in uçot stavkasının sıfırlanması fonunda dolların aparıcı valyutalara nisbətən ucuzlaşması baş verərsə, o zaman qızıla tələbin artması müşahidə ediləcək. Bir tərəfdən ucuz dollar strateji məhsul olan qızılın qiymətini yüksəldə, digər tərəfdən isə qlobal valyuta bazarındakı qeyri-müəyyənlik bu qiymətli metala marağı artıra bilər.
Vergilər Nazirliyində kollegiya iclası keçirilib
Vergilər Nazirliyində dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, iclasda çıxış edən kollegiyanın sədri, Azərbaycan Respublikasının vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov 2017-ci ildə Azərbaycan iqtisadiyyatında müşahidə olunan müsbət dinamikanı qeyd edərək, bunun Azərbaycan iqtisadiyyatında davamlı inkişafın təmin olunması istiqamətində dövlət siyasətinin müvəffəqiyyətlə həyata keçirildiyini təsdiq etdiyini bildirib.
Nazirlik proqnoz tapşırığına 100,1 faiz əməl edib
2017-ci ilin yanvar-avqust ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 4 milyard 671 milyon 367,3 min manat məbləğində vəsait ödənilib. Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən “Olaylar”a verilən məlumata görə, bununla nazirlik üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 100,1 faiz əməl olunub.
Yevlax-Mingəçevir mənzilində 9,3 dəmir yolu əsaslı təmir olunur
Azərbaycan dəmir yollarının əsaslı təmir prosesinin növbəti mərhələsi həyata keçirilir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.“OLAYLAR”- “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, sentyabrın 12-də isə Yevlax-Mingəçevir mənzilində 9,3 km uzunluğunda yolun əsaslı təmirinə start verilib. Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi Şamil Cəfərovun sözlərinə görə, təmir işləri bir həftə davam edəcək.
ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyası Azərbaycana nə vəd edir?
ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar, eləcə də dünya bazarında avronun dollara nisbətən məzənnəsinin yüksəlməsi bir sıra ölkələrin iqtisadi inkişafına təsirsiz ötüşməyib. Maraqlıdır, sözügedən proseslər Azərbaycana hansı təsirini göstərə bilər? İqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar şimal qonşumuzun iqtisadiyyatı üçün yaxşı heç nə vəd etməməklə yanaşı, Moskvanı yenidən pisləşmiş makro-iqtisadi gösticilər sindiromu ilə üz-üzə qoya bilər.
İpotekaya maraq azala bilər
Banklar Assosiasiyası ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi barədə təkliflər hazırlayıb. Təkliflər qəbul ediləcəyi halda ipoteka krediti alan şəxs ödənişləri yubadarsa o zaman bank məhkəməyə müraciət etmədən həmin vətəndaşın mənzilini hərraca çıxarıb satmaq hüququna malik olacaq.
Neftin hazırki dünya bazar qiymətləri
“Son günlər neftin dünya bazar qiymətlərində bahalaşmaya meyl müşahidə edilir”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən iqtisadçı ekspert Pərviz Heydərov deyib ki, zaman-zaman bu, özünü göstərib. Lakin, üzü soyuqlu havalara getdiyindən, neftin bu arada bahalaşmaya meyl göstərməyi diqqəti cəlb edir: “ Amma neftin bahalaşması üçün heç bir ciddi əsaslar yoxdur.
İnvestisiya layihələrinin qəbuluna start verilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qusar rayonunun Aşağı İmamqulukənd kəndində işgüzar forum keçirmişdir. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Qusar rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir: intensiv bağçılıq, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının yaradılması; meyvə emalı, qablaşdırma materialı istehsalı müəssisəsi və otelin yaradılması.
Azərbaycan “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində
Sentyabrın 11-də Azərbaycanın ekskluziv partnyor olduğu 26-cı “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi öz işinə başlayır. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 14-dək davam edəcək sərgidə dünyanın 65 ölkəsindən 1500-dən çox şirkətin məhsulları nümayiş olunacaq.
Azərbaycanda xarici valyuta ilə alış-veriş etmək qadağandır
Ölkənin bir sıra ticarət şəbəkələrində, xüsusən telefon satışı ilə məşğul olan firmalar daxili bazarda xarici valyuta ilə alış-veriş edirlər. Maraqlıdır, daxili bazarda xarici valyuta ilə alış-veriş etmək nə dərəcədə qanunauyğundur? Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentindən bildirilir ki, Azərbaycan Respublikasının pul vahidi manatdır, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.
Ermənistanda da biznesi olan azərbaycanlı Mülkədar batır
Rusiyadanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən "Baltqaz" şirkətlər qrupu müflis olur. Bu şirkətlər qrupunun sahibi Peterburqda tanınmış adam olan azərbaycanlı Mülkədar Vəliyevdir. Mülkədar Vəliyev 2010-cu ilə qədər "AzərRos"un Sankt-Peterburq şöbəsinə rəhbərlik edib, diasor fəaliyyəti ilə məşğul olub. 2011-ci ilə qədər "Qazprom" şirkətinin maşınqayırma ilə məşğul olan törəmə şirkətinə başçılıq edib, paralel olaraq özünün "Baltik qaz şirkəti"ni qurub. 2014-cü ildə bu şirkətin dövriyyəsi 1.9 milyard rubla çatmışdı və Mülkədar öz biznesinin sayəsində pis yaşamırdı. O, varlıların yaşadığı Sestroreçsk rayonunda özünə malikanə tikdirib, keçmiş müdafiə naziri Anatoli Serdyukovun qohumları ilə qonşudur. Habelə hakim "Vahid Rusiya" partiyasının Kurort rayonu üzrə icraiyyə komitəsinin rəhbəridir.













