İqtisadiyyat

Azərbaycan və Surinam maliyyə nazirləri arasında görüş keçirilib

15 Sentyabr 2017 16:48

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Bakıda səfərdə olan Surinam Respublikasının Maliyyə naziri Jilmor Hoefdrad arasında görüş keçirilib. Maliyyə Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Surinam Respublikasının maliyyə-iqtisadi vəziyyəti barədə məlumat verən J.Hoefdrad dünya əmtəə bazarlarında qiymətlərin enməsi nəticəsində ölkəsinin üzləşdiyi çətinliklərdən bəhs etmiş, bir sıra sahələrdə Azərbaycanın təcrübəsinin onlar üçün maraqlı olduğunu ifadə etmişdir.

Ekspert: ""Azəri-Çıraq-Günəşli" üzrə yeni saziş Azərbaycanın iqtisadi stabilliyinin təsdiqidir"

15 Sentyabr 2017 16:13

"Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənməsi üzrə yeni sazişin imzalanması Azərbaycanın iqtisadi stabilliyinin təsdiqidir. Bunu  "Baku Network" Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib. O qeyd edib ki, bu sazişə Azərbaycanın neft siyasətinin davam etməsində maraqlı olan ölkələr imza atıb. Ekspertin sözlərinə görə, bu onu ifadə edir ki, beynəlxalq maliyyə təşkilatları tam əminliklə Azərbaycanla əməkdaşlığı davam etdirə, ölkəyə kreditlər ayıra bilərlər.

Şəhərdaxili marşrutlarda gediş haqqı ilə bağlı yenilik

15 Sentyabr 2017 15:50

“Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklər edilir. Milli Məclisdən  verilən məlumatına görə, qanunun 1-ci maddəsinə (əsas anlayışlar) yeni bənd əlavə olunur. Yeni bəndə əsasən, ödəniş aləti - şəhərdaxili (rayondaxili) müntəzəm marşrutlar üzrə sərnişin daşıyan avtobuslarda gediş haqqının elektron qaydada ödənilməsi üçün nəzərdə tutulmuş vasitə hesab ediləcək. Qanunun 28-ci maddəsində (Avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsi) edilən dəyişikliyə görə, gediş sənədlərinin (biletlərin) və ödəniş alətinin sərnişinlərə satışı, o cümlədən ödəniş alətinə vəsaitin yüklənməsi imkanı daşıyıcı və ya avtomobil nəqliyyatı ilə daşımaların təşkilatçısı tərəfindən təşkil edilə bilər.

Mərkəzi Bank Prezidentə illik hesabat verəcək 

15 Sentyabr 2017 15:01

“Mərkəzi Bank haqqında” qanuna dəyişiklik edilir. “Olaylar”ın məlumatına görə, dəyişikliyə əsasən, Mərkəzi Bankın İdarə Heyətinin sədri tərəfindən ildə iki dəfə Mərkəzi Bankın əsas məqsəd və funksiyalarının həyata keçirilməsi barədə hesabatın, habelə audit rəyi ilə təsdiq edilmiş “Mühasibat uçotu haqqında” Qanunun 12-1-ci maddəsinə uyğun olaraq illik maliyyə hesabatının və hesabat əməliyyat büdcəsi barədə hesabat Azərbaycan Prezidentinə təqdim edilməlidir. Həmçinin, qanunun 57-ci maddəsinə (Maliyyə hesabatı)  ediləcək digər dəyişikliklərə əsasən isə Mərkəzi Bankın maliyyə hesabatı Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edilməlidir.

Yeni əsrin yeni müqaviləsi

15 Sentyabr 2017 13:37

Bu günlərdə Azərbaycan daha bir uğura imza ataraq dünyanın diqqətini bir daha özünə yənəltdi. Söhbət Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimindən gedir. Məlum olduğu kimi sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində sözügedən sazişin imzalanması mərasimi keçirilib.

Aqrar sektorun inkişafında icra strukturların rolu

15 Sentyabr 2017 13:30

Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. Xüsusən, kənd təsərrüfatının dinamik inkişafının təmin edilməsi dövlətin prioritet məsələlərindən hesab olunur.  

Deputat bank rəhbərlərini Milli Məclisə dəvət etdi

15 Sentyabr 2017 12:31

“Artıq Azərbaycanda insanların banklara olan kredit borcu 1,8 milyard manata yaxınlaşıb. Bu, həddindən artıq böyük məbləğdir və Azərbaycanın maliyyə bazarına təsir edən amillərdən biridir. Bu gün banklar 28-30 faizlə insanlara kreditlər verir”.“Olaylar” xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat  Vahid Əhmədov deyib.

Azərbaycan xurması və fındığı qızıl medala layiq görülüb

15 Sentyabr 2017 11:28

“Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində öz təbii və keyfiyyətli məhsulları ilə ziyarətçilərin və Sərgi təşkilatçılarının diqqətini cəlb edən “Bal Xurma” və “Azərstar” şirkətləri 2017-ci ilin məhsulu nominasiyası üzrə qızıl medala layiq görülüblər.

Wood Mackenzie: “"Azəri-Çıraq-Günəşli” üzrə sazişin uzadılması Azərbaycanın neft sektorunun inkişafı üçün böyük əhəmiyyət kəsb edir"

14 Sentyabr 2017 17:04

""Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənməsi üzrə sazişin uzadılması 2024-cü ildən sonra Azərbaycanın neft sektorunun inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bunu Böyük Britaniyanın "Wood Mackenzie" konsaltinq şirkətinin analitiki Laura Benni deyib.

Banklar vətəndaşda inam hissi yaratmalıdır

14 Sentyabr 2017 14:40

Dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə düşməsindən sonra bank sektorunda yaranan çətinliklər hələ də tam mənada həllini tapmır. Düzdür, bu istiqamətdə hökumət səviyyəsində müvafiq addımlar atılır, islahatlar həyata keçirilir. Lakin məsələ ondadır ki, bankların bu kimi forsmajor vəziyyətlərə zamanında hazırlıqlı olmamaları problemlərin həllinə müəyyən mənada mane olur.

AÇG-də iştirak payları açıqlanıb

14 Sentyabr 2017 11:51

Azərbaycan hökuməti  və SOCAR,  BP, "Chevron", "Inpex", "Statoil", "ExxonMobil", TPAO, "Itochu" və "ONGC Videsh" şirkətləri ilə birlikdə bu gün "Azəri", "Çıraq" yataqları və "Günəşli" yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilib və yenidən işlənmiş sazişi imzalayıblar.

Giorgi Kvirikaşvili: “Yeni saziş ölkələr arasında əməkdaşlığın inkişafına xidmət edəcək”

14 Sentyabr 2017 11:19

Bu gün Bakıda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin təbriki oxunub.

AÇG-nin işlənməsi üzrə sazişin 2050-ci ilədək uzadılmasına dair sazişin imzalanması mərasimi keçirilir

14 Sentyabr 2017 11:06

Bakıda “Əsrin müqaviləsi"nin ("Azəri-Çıraq-Günəşli" (AÇG)) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması mərasimi keçirilir. Məlumata görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, səfirlər, xarici şirkətlərin nümayəndələri iştirak edirlər.

BVF Azərbaycana kredit ayıracaq?

13 Sentyabr 2017 17:24

"Beynəlxalq Valyuta Fondu (BVF) yaxın vaxtlarda Azərbaycana kredit ayırmağı planlaşdırmır". Bunu Bakıda səfərdə olan Fondun Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur deyib.

BVF-dən yaxın 2 ildə neftin qiyməti ilə bağlı PROQNOZ

13 Sentyabr 2017 17:23

"Yaxın iki ildə neftin qiymətləri 50-55 dollar/barel arasında dəyişəcək". Bunu Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur deyib.