Yeni əsrin yeni müqaviləsi

Bu günlərdə Azərbaycan daha bir uğura imza ataraq dünyanın diqqətini bir daha özünə yənəltdi. Söhbət Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimindən gedir. Məlum olduğu kimi sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində sözügedən sazişin imzalanması mərasimi keçirilib.

Bu günlərdə Azərbaycan daha bir uğura imza ataraq dünyanın diqqətini bir daha özünə yənəltdi. Söhbət Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimindən gedir. Məlum olduğu kimi sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində sözügedən sazişin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, eləcə də bir sıra ölkələrin rəsmi şəıxsləri, konsersium rəhbərlərinin iştirak etdiyi mərasimdə imzalanmış sazişə əsasən hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna $3.6 milyard bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə $40 milyarddan artıq sərmayə qoyulması potensialı var. Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP- 30,37%; AzACG (SOCAR)- 25,00%; Chevron- 9,57%; INPEX- 9,31%; Statoil- 7,27%; ExxonMobil- 6,79%; TP- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%. 

1994-cü ilin sentyabrında imzalanmış "Əsrin müqaviləsi"ndən sonra ikinci bir mühüm sənəd olan"Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş özünün bir çox üstünlükləri ilə diqqət çəkir. İlk növbədə bu Azərbaycan iqtisadiyyatı üçün önəmli rol oynayır. Nəzərə alsaq ki, "Əsrin müqaviləsi"ndən sonra neftdən gələn gəlirlər hesabına çətin vəziyyətdə olan Azərbaycan iqtisadiyyatı necə inkişaf mərhələsinə qədəm qoydu və ötən müddət ərzində biz bunu gündəlik həyatımızda açıq şəkildə hiss etdik, eləcə də sentyabrın 14-də imzalanan sözügedən sənəd də bir o qədər iqtisadiyyatımıza öz töhfəsini verəcək. Digər tərəfdən bu saziş Azərbaycanın beynəlxalq aləmdəki imici, strateji partnyorluğunu daha da artıracaq. Təsadüfi deyil ki, Azəbaycan Respublikasının Prezidenti İlham Əliyev də imzalanma mərasimində çıxışı zamanı bu amilə diqqət çəkərək sənədin ölkəmiz üçün nə qədər əhəmiyyət kəsb etdiyini vuğuladı: "Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. "Azəri-Çıraq-Günəşli" nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır. Bu gün imzalanacaq kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyəti var. "Azəri-Çıraq-Günəşli" neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır".

"Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi haqda imzalanan yeni anlaşma birmənalı olaraq müsbət qiymətləndirilir və əksəriyyət tərəfindən təqdir edilir. Qeyd edilir ki, bununla Azərbaycan iqtisadi inkişafının yeni bir mərhələsinə qədəm qoyacaq.

Millət vəkili Sahib Alıyev də hesab edir ki, sözügedən saziş bir neçə məqamları ilə diqqət çəkir: "Birinci, o deməkdir ki, qərbdəki bəlli çevrələrin təzyiqlərinə və həm də bu təzyiqlərin nəticəsi olaraq qlobal meiada dövlətimizə qarşı aparılan qarayaxma kampaniyasına baxmayaraq anlaşma ilk növbədə Azərbaycanın maraqları, irəli sürdüyü şərtlər nəzərə alınmaqla bağlandı. Məndə olan bilgiyə görə, qərbdə istəyirdilər ki, yeni anlaşmada da şərtlər 1994-cü ildəki kimi olsun. Ancaq onu unudurdular ki, axı Azərbaycan artıq 1994-cü ildəki ölkə deyil. Beləliklə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışında da vurğulandığı kimi əgər 1994-cü ildəki anlaşmada SOCAR-ın payı 11,6 faiz idisə, yeni anlaşmada bu 25 faizə qaldırıldı, iki dəfədən çox artım var. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Üstəlik xarici investorlar bizə 3,6 milyard dollar həcmində bonus ödəyəcəklər. Demək, yeni anlaşma ölkəmiz üçün "Əsrin müqaviləsi" adlandırılan 1994-cü ildəki ilk anlaşmadan daha böyük dvident və perspektiv vəd edir". Millət vəkilinin sözlərinə görə. belə də düşünənlər var ki, "Azəri", "Çıraq" və "Günəşli" yataqları artqı 20 ildir istismar edildiyindən orada elə də çox yanacaq qalmayıb: "Ancaq xatırladaq ki, "Əsin müqaviləsi" imzalananda həmin yataqların 511 milyon ton ehtiyyatının olduğu bildirilirdi. İndiyədək bu üç yataqdan 436 milyon ton neft çıxarılıb. Ancaq artıq müəyyən edilib ki, həmən yataqlarda daha 500 milyon tona yaxın yanacaq ehtiyyatı var. Cənab İlham Əliyev keçmişdəki proqnozları xataırladaraq haqlı olaraq deyir ki, əslində bu ehtiyyatlar daha çox ola bilər. Yəni indi daha əlverişli şərtlərlə imzalandığından "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının istismarının ikinci mərhələsindən əldə edəcəyimiz gəlir birinci mərhələsindəkindən təqribən iki dəfə çox gözlənilir.
Bu isə artıq həm də o deməkdir ki, Azərbaycanın bir dövlət kimi güclənməsi, ilk növbədə milli maqaqlara dayanılaraq yeridilən qətiyyətli siyasət yeni neft anlaşmasında da öz müsbət rolunu oynadı.
Üçüncü, bu anlaşma Azərbaycanın qərblə strateji eneri əməkdaşlığının, demək, eyni zamanda balanslaşdırma siyasətinin davam edəcəyini, "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının ikinci mərhələsinin işlənməsinə 2050-ci ilədək 40 milyard dollardan artıq yatırım qoymağı planlaşdıranların burada sabitliyin qorunub saxlanmasında istər-istəməz maraqlı olacaqlarını ortaya qoyur".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31